5.6 C
Aghjabadi

Praqa görüşü növbəti uğurumuzdur

 27 Sentyabr – 10 Noyabr 2020 tarixlərində baş verən 44 Günlük Müharibə Cənubi Qafqaz bölgəsindəki regional təhlükəsizlik arxitekturasını kökündən dəyişdi. Ermənistan – Azərbaycan münaqişəsi 30 ilə yaxın davam etdi və beynəlxalq vasitəçilər münaqişənin həlli yolunda heç bir real uğur qazana bilmədilər. Ermənistanda Baş Nazir Nikol Paşinyanın başçılıq etdiyi qondarma  inqilabi hökumətin Azərbaycana qarşı siyasi və hərbi təxribatlara başlayaraq onilliklər ərzində əldə edilmiş razılaşmalar və prinsipləri rədd etməsi ilə ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesi dalana dirəndi. Paşinyanın rəhbərliyi dövründə daha da artan gərginlik və ədavət Azərbaycanın tarixə 44 günlük müharibə kimi düşən genişmiqyaslı hərbi əks hücum əməliyyatlarına başlaması ilə nəticələndi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni bir dövrün – sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Lakin 44 günlük müharibənin nəticələri, şübhəsiz ki, Cənubi Qafqazın hüdudlarından kənara çıxır və alınan dərslər beynəlxalq ictimaiyyət üçün də aktualdır.

      Ermənistanla Azərbaycan arasındakı münaqişə Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üçün əsas təhdid təşkil edirdi. Bu münaqişə insanların əziyyət çəkməsinə və əhalinin bir yerdən başqa yerə köçməsinə səbəb oldu. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə münaqişə ilə bağlı qəbul etdiyi işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməyə baxmayaraq, Ermənistan işğalını davam etdirdi və bununla da beynəlxalq hüququn əsas prinsipini pozdu. Beynəlxalq ictimaiyyətin münaqişənin həllinə kömək etməklə bağlı acizliyi sülh prosesini çıxılmaz vəziyyətə saldı.

     Ermənistan anlamalıdır ki, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşı yaşaması üçün ictimayətin sülhə hazırlamaq Azərbaycana qarşı təbliğat aparmaqdan əl çəkmək demarkasiya və delimitasiya işlərinə başlamaq sülh prosesinə start vermək lazımdır. Nəticə etibarilə, Ermənistan-Azərbaycan sərhəd mübahisəsinin həlli üçün hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və beynəlxalq ictimaiyyətin bu məsələyə dəstəyi son dərəcə vacibdir.

   Praqada keçirilən 4 tərəfli görüş bir daha göstərdi ki, hələ də bəzi dövlətlər münaqişənin nizamlanmasını istəmirlər və yaxud razılaşmaya Ermənistanın xeyrinə bəzi müddəalar əlavə etməyə çalışırlar.

   Ölkə Prezidentinin qətiyyətli, böyük hüquqi və siyasi bilgiyə malik olması sayəsində bu kimi cəhdlər nəticəsiz qaldı və Azərbaycanın milli maraqlarının qorunması motivi qəbul edilmiş bəyanatda öz əksini tapdı.

 Əldə edilmiş nəticələrin məntiqi yekununu belə xarakterizə etmək olar: Praqa görüşləri də Azərbaycanın növbəti diplomatik qələbəsidir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər