Azərbaycan xalqının yetirdiyitarixi şəxsiyyətləri içərisində Azərbaycan dövlətçiliyinin məhv olmasının qarşısını alan, qardaş qırğınını dayandıran, Respublikanı iqtisadi tənəzzüldən iqtisadi inkişaf yoluna çıxaran, Ölkəmizi Beynəlxalq aləmdə tanıdan, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyev xüsusi yer tutur.
Ümummilli Lider Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ayrı-ayrı silahlı dəstələrin qardaş qırğınıtörətməsinin və ölkənin parçalanmasının, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişlərinin qarşısını xalqın köməyi ilə aldı. Dağıdılmış iqtisadiyyatın bərpa olunması üçün məqsədyönlü tədbirlər həyata keçirildi, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, AXC-Musavat cütlüyünün hakimiyyəti dövründə bir çox ölkələrlə pozulmuş münasibətlər bərpa edildi, Ermənistanla atəşkəsə nail olundu.1994-cü il sentyabr ayının 20-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə sonralar “Əsrin müqaviləsi” adını almış, dəyəri yeddi milyard dollar olan neft müqaviləsi imzalandı. Ulu Öndərin Ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan tənəzzüldən tərəqqiyə doğru böyük inkişaf yolu keçdi.
2003-cü ilin 15 oktyabr tarixində keçiriləcək prezident seçkilərində iştirak etməyə Heydər Əliyevin səhhətində olan problemlər imkan vermədi. Heydər Əliyevin tövsiyyəsi və xalqın dəstəyi ilə bu seçkilərdə Ulu Öndərin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqın böyük məhəbbətini və dəstəyini qazanan cənab İlham Əliyev 2008-ci, 2013-cü il və 2018-ciillərdə də yenidən Respublikamızın Prezidenti seçildi.
Cənab İlham Əliyevin Respublikamıza rəhbərlik etdiyi 19 il ərzində ölkəmiz çox böyük nailiyyətlər qazanmışdır. Azərbaycanın Dövlət büdcəsi və valyuta ehtiyatları dəfələrlə artmış, yoxsulluq səviyyəsi enmiş, regionların sosial iqtisadi inkişaf proqramları həyata keçirilməsi nəticəsində ölkəmizin bütün bölgələrində iqtisadi inkişaf əldə edilmişdir. Bakı-Tibilisi-Ceyhan neft kəməri, Bakı-Tibilisi-Qars dəmir yolu, Bakı-Tibilisi-Ərzurum qaz kəməri, TANAP və Avropaya qaz verilməsini təmin edəcək TAP layihələri uğurla icra edilmişdir.
Azərbaycanın Beynəlxalq aləmdə nüfuzunun artması və iqtisadi inkişafı ölkədə mühüm beynəlxalq tədbirlər və mötəbər idman yarışları keçirilməyə imkan yaratmışdır.
Heydər Əliyev Fondunun Prezidenti,Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizdə Dünya standartlarına cavab verən idman qurğuları, Beynəlxalq tədbirlərin keçirilməsinə imkan verən binalar inşa edilmişdir.
2012-ci ildə “Avroviziya ” mahnı yarışması, 2015-ci ildə tarixdə ilk dəfə olaraq I-ci Avropa oyunları Azərbaycanda keçirildi. 2016- cı ildən başlayaraq Azərbaycanda daha bir mötəbər idman tədbiri- “Formula-1” yarışları hər il uğurla keçirilir. 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına Azərbaycan uğurla ev sahibliyi etmişdir. İndi Azərbaycan hər il onlarla mötəbər Beynəlxalqtədbirlərə və idman yarışlarının keçirildiyi bir məkandır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim 30 il erməni işğalı altında olantorpaqlarımızın azad edilməsi uğrunda münaqişənin dinc yolla həll etməsinə çalışmış, eyni zamanda Ordumuzun güclənməsi və müasir silahlarla təchiz edilməsi istiqamətində böyük işlər görmüşdür.
2020-cı ilin sentyabr ayının 27-də Azərbaycan ordusu erməni silahlı qüvvələrinin növbəti təxribat cəhdinin qarşısını almaq üçün əks-hücuma keçmiş,erməni ordusuna güclü zərbələr endirmiş, ermənilərin çoxlu sayda canlı qüvvəsi, texnikası, istehkam qurğuları məhv edilmişdir. Cəmi 44 gün davam edən Şanlı Müharibə Azərbaycanın parlaq Qələbəsi isə başa çatdı.
Müharibənin başa çatmasından 2 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan təxribatlardan əl çəkmir, sülh müqaviləsinin bağlanmasına hər vəchlə mane olmağa çalışır.Ancaq Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti və güclü siyasi iradəsi sayəsindətəxribatların və eyni zamanda siyasi təzyiqlərin qarşısı qətiyyətlə alınır.
Cənab Prezident Beynəlxalq tədbirlərdə, sammit və görüşlərdə cəsarətli çıxışları və dünya düzəninə təsir edən təklif və təşəbbüsləri hər yerdə müsbət qarşılanır. Bü müsbət keyfiyyətlərinə görə cənab İlham Əliyev dünya Liderləri içərisində xüsusi yer tutur.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini