Mətbuat Şurasının sədri Ağcabədidə görüş keçirib

                                        

   Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Ağcabədidə media nümayəndələri və yazarlarla görüş keçirib. Ağcabədi Bayraq Muzeyində  keçirilən görüşdə öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün qorunması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

   Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Aran” qəzetininredaktoru Məhsəti Musa  tədbiri giriş sözü ilə açaraq, Rəşad Məcidi yeni vəzifəsi münasibətilə təbrik edib,  yazar və media nümayəndələri ilə keçirilən   görüşün əhəmiyyətindən söz açıb.

 Sonra söz Rəşad Məcidə verilib. O, çıxışında bildirib ki, mətbuat nümayəndələri və yazarlarla Ağcabədidən başlayan görüşün digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulub.  Region mediasının dirçəldilməsi, həmçinin jurnalistlərin peşəkarlığının, media savadlılığının artırılması, bu mühitin şəffaflaşdırılması və s. fəaliyyətləri nizama salmaq, tənzimləmək məqsədi ilə  oktyabrın 12-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumunun imzalanmasından söz açan natiq  agentliklə birgə bir çox işlərin görüləcəyini diqqətə çatdırıb. O da qeyd olunub ki,  fəal sosial şəbəkə istifadəçilərinin  ictimaiyyətə təsir gücünün böyük olduğunu nəzərə alaraq  onlarla görüşlər də planlaşdırılıb. 

   Tədbirdə həmçinin  Ağcabədidəki ədəbi mühitdən, buradakı gənc yazarlardan söz açılıb.

  AYB-nin üzvləri  Zahid Eloğlu, Tahirə İsaqızı, Gündüz Sevindik, Xəzangül Qədimli, Ağcabədidə fəaliyət göstərən “Ələk” ədəbi məclisinin üzvləri Günel Kərimova, Vəli Qurbanoğlu, “Aran” qəzetinin nəzdində fəaliyyət göstərən  “Aran Ağcabədi” internet televiziyasının aparıcısı Pərvin Şakirqızı, aranqazeti.az saytının rəhbəri Orxan Kərimov, digər ziyalılar Vaqif Allahverdiyev, Orxan Cəbrayıl, Şəbnəm Cəbrayıl, Zəhra İbrahimova və başqaları çıxış edərək mövzu ətrafında fikirlərini söyləyib, müəyyən təkliflər veriblər.

  Görüş başa çatdıqdan sonra  Ağcabədi Bayraq  Muzeyində AYB-nin Qarabağ bölməsi üçün ayrılmış otaqlar ilə tanışlıq olub.

  Sonda xatirə şəkilləri çəkilib. 

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com