Ağcabədi rayonunda “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı tədbir keçirilib.

    17 oktyabr 2022-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə 18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı tədbir keçirilib. 

   Torpaqlarımızın azadlığı ugrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib.

   Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə  Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı, müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri, GTM Qarabağ ofisinin,Ağcabədi regional “ASAN xidmət” mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak etmişdir.

 Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı qeyd edib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. SSRİ-nin süqutu dövründə yəni 18 oktyabr 1991-ci il tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi – müstəqil inkişaf dövrü başlanıb. 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Elə 44 günlük Vətən müharibəsi də bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etməklə, bütün dünyaya öz qüdrətini,öz müstəqilliyinin müdafiəçisi olduğunu bir daha nümayiş etdirdi.

Görüşdə çıxış edən ARİH Başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsininmüavini, Qarabağ müharibəsi veteranı Mehman Novruzov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi filialının rəhbəri İsmayıl  Məhərrəmov, Vətən müharibəsi qazisi İlqar Əmirov, El Televiziya şirkətinin və Report.az saytının xüsusi müxbiri, hərbi jurnalist Daşqın Güneyli,Şəhid Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, Qarabağ müharibəsi veteranı İslam Ağayev,GİKM Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman ZeynalovaVətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğunu qeyd etməklə, bu böyük zəfərin əldə olunmasında bütün Azərbaycan xalqınının bir yumruq ətrafında birləşdiyini xüsusi ilə diqqətə çatdırıblar.

Tədbirin sonunda “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı film nümayiş olunub.

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər