Tarixi Qələbənin müzəffər komandanı

XXI əsrin 20-ci ili hər bir azərbaycanlının yaddaşında əlamətdar tarix kimi silinməyən izlər buraxıb. Bu tarix əsrlər boyu unudulmayacaq. Həmin dövrdə qəhrəman şanlı ordumuz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hərb tarixinə möhtəşəm səhifələr yazdı. Bununla da yüz minlərlə həmyerlimizin Qarabağ həsrətinə son qoyuldu.

Hər bir azərbaycanlıda qürur hissi yaşadan torpaqlarımızın azad olunması ilə başlayan Vətən Müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq, Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, ərazi bütövlüyünü təmin etdi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, onun ideyalarını inamla həyata keçirən İlham Əliyev Azərbaycan dövlətinin tarixində görünməmiş inkişafına nail olub. Prezident İlham Əliyevin yüksək iradəsi və uğurlu siyasəti nəticəsində ölkəmizdə köklü ictimai-siyasi mühit formalaşdı. Dövlət başçısının fədakarlığı, uzaqgörənliyi sayəsində Azərbaycan gündən-günə inkişaf etməklə dünya ölkələri sırasında mühüm yer tutub. İlham Əliyevin əldə etdiyi uğurlar ümummilli lider Heydər Əliyevin arzularını gerçəkləşdirib.

Əslində, Qarabağ və onun ətrafındakı torpaqların işğaldan azad edilməsi ilə ölkə rəhbəri  xalqımızın ən ümdə taleyüklü problemini həll edib.

Bu böyük qələbə yalnız son hərbi əməliyyatlar hesabına əldə olunmaqla 2018-ci ildə N.Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslərin məntiqi yekunu olaraq işğal altında olan ərazilərimizin hərbi yolla düşmən işğalından təmizlənməsinə gətirib çıxardı.

Beləliklə, hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlara zidd olan açıqlamalar verən, formal dəyişdirilməsindən, danışıqlara separatçı rejimin cəlb olunmasından dəm vuran Ermənistanın baş naziri daha sonra regional siyasətdə köklü dəyişikliklər etmək fikrinə düşdü. Hakimiyyətini möhkəmləndirdikdən sonra onun verdiyi bəyanatlar göstərdi ki, Ermənistanın həyata keçirdiyi siyasət, ümumilikdə, danışıqların mahiyyətinə, məzmununa uyğun deyil. Baş nazirin “Qarabağ Ermənistandır” deməsi, separatçı rejimin parlamentini Şuşa şəhərinə köçürmək planı, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs etməsi, habelə həmin dövrdə Ermənistanın müdafiə naziri olan Tonoyanın “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyaların irəli sürülməsi kimi sərsəm bəyanatları danışıqları tamamilə mənasız hala gətirdi.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hücuma keçməsi, avqustun 22-də isə ərazimizə kəşfiyyat-təxribat qrupunun göndərilməsi işğalçı ölkənin təcavüzkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqını bu təxribatlara çəkən Ermənistan, Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbə alaraq geri oturduldu, təxribatın qarşısı qətiyətlə alındı və onların əsgərləri bir qarış belə, Azərbaycan torpağını ələ keçirə bilmədilər. Lakin Ermənistan bütün bunlardan lazımı nəticə çıxarmadı. 2020-ci ilin sentyabrın əvvəllərindən etibarən cəhbə xəttində yeni hərbi qüvvələrin cəmləşməsi Ermənistanın yeni işğalçı niyyətindən xəbər verirdi.

Prezident bütün bunlar barədə ayrı-ayrı dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri zamanı ətraflı məlumat vermiş, onları Ermənistana təsir edərək, işğalçılıq siyasətindən çəkindirməyə çağırmışdı. Son olaraq Möhtərəm Prezidentimiz BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş iclasında bir daha erməni faşizmi barədə danışaraq, Ermənistanın yeni işğalçılıq planlarını həyata keçirməyə hazırlaşdığını bildirdi. Cənab Prezident istənilən təxribatın Ermənistana baha başa gələcəyini bəyan edərək demişdi: “Əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq.”

Beləliklə, Prezident İlham Əliyev dünyanın ən ali tribunalarından Ermənistanın işğalçı faşist siyasətini yeni müharibə planlarını ifşa etdi. BMT-ni və beynəlxalq ictimayyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə çağırdı, onları Ermənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa səslədi. Vətən Müharibəsinin başlanmasından bir neçə gün əvvəl Avropa İtiffaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdə İlham Əliyev kəşfiyyat məlumatlarına əsasən Ermənistanın çox ciddi hərbi hazırlıqlar həyata keçirdiyini, hərbi qüvvələrin təmas xəttində, dövlət sərhəddində cəmləşdiyini bildirdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribat Prezident İlham Əliyevin nə dərəcədə haqlı olduğunu göstərdi. Həmin gün səhər saat 600 radələrində Ermənistan silahlı qüvvələri geniş miqyaslı təxribat törədərək, iriçaplı silahlardan, minaatanlar və müxtəlif artilleriya qurğularından istifadə etməklə Tərtər, Ağdam və Füzuli rayonlarının kəndlərini atəşə tutdu. Nəticədə mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralananlar oldu. Bununla da, xalqımızın işğalçılara qarşı ədalətli Vətən müharibəsi başlandı. Həmin gün xalqa müraciət edən Prezident İlham Əliyev mülki əhali və hərbçilər arasında itkilərin olduğunu bildirərək, onların qanının yerdə qalmayacağını, torpaqlarımızın işğaldan azad olunacağını bəyan etdi: “Biz öz torpaqlarımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında, Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir”.

Vətən müharibəsinin başlandığı ilk gündən düşmənin müdafiə xətti yarıldı və Prezident İlham Əliyevin sədirliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Füzuli rayonunun 4 kəndinin, Cəbrayıl rayonunun isə 2 kəndinin işğaldan azad olunduğu bildirirdi. Döyüşlərin gedişi ilə bağlı Azərbaycan vətəndaşlarına operativ məlumat çatdırılacağını deyən Prezident əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını və Azərbaycan Ordusunu təbrik etdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir silahlarla düşmənin komanda idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminat bazalarını sıradan çıxardaraq onu iflic vəziyyətə gətirdi. Müasir texnoloji silahlar şanlı ordumuzun güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini isə döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri həll etdi. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik” – deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüşdə bir daha sübuta yetirdilər.

Prezident, Ali Baş Komandan xalqa müraciətlərinin birində demişdir: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur. Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir, çünki biz öz torpaqlarımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistan əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil.”

Hərbi əməliyyatların ilk günündən etibarən düşmənin neçə illər ərzində hazırladığı hərbi istehkamlar bir neçə saat ərzində rəşadətli döyüşçülərimiz tərəfindən ələ keçirildi. Əsgər və zabitlərimizin həmlələrinə tab gətirməyən düşmən mövqelərini qoyub qaçır, fərarilik edirdi. Rəsmi məlumatlara görə, İkinci Qarabağ müharibəsi zamanı 10 min nəfərə yaxın erməni döyüşçüsü fərarilik etmişdir. Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.  Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfindən bir nəfər də olsun fərarilik halı qeydə alınmamışdı.

Yeri gəlmişkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Azərbaycan Ordusu döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tədbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə zərbə vurdu.

Müharibənin ilk günlərindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, dünyanın 30-dan çox nüfuzlu media qurumlarına verilən sərast və dürüst açıqlamalar, Ordumuzun göstərdiyi şücaət, üstün döyüş qabiliyyəti artıq erməni xalqının iradəsini sındırmışdı. Düşmən ölkə müharibə meydanında ilk dəfə qalib ordu gördü. Döyüş əməliyyatları başlayan andan deyilmişdi ki, bu müharibə həm də Ermənistanın cinayətkar siyasi rəhbərliyinin sonu olacaq. Həmin hərbi-siyasi rəhbərlik isə öz qəddar və vandal siyasətinə, barbar əməllərinə davam etməkdə idi. Onlar o qədər çıxılmaz vəziyyətə düşdülər ki, hətta qadınlardan və qocalardan ibarət hərbi silahlı qruplar da təşkil etdilər. Bu da, onlara kömək edə bilmədi, erməni hərbi birləşmələri bir-birinin ardınca məğlub edildi.

Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəliyin sarsılmazlığı faktoru idi. Təsadüfü deyil ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəhbəyə yollanmaq istədiklərini bildirdilər. Arxa cəbhdə olanlar həmrəylik göstərərək, öz əməlləri ilə ön cəhbədə vuruşanlara əllərindən gələn köməyi əsigəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər. Ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar siyasi baxışlarını bir kənara qoyaraq, milli həmrəylik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq Vətənin ümumi maraqları hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyada, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.

Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətlərdəndir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. 2020-ci ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhdə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz Vətənimizə sonsuz sevgi hissinin sarsılmazlığı, torpağa bağlılığın təcəssümü idi. İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin son iki onillikdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası Vətən Müharibəsi günlərində özünün həyatiliyini bir daha nümayiş etdirdi.

Müharibənin ilk saatlarından qardaş Türkiyə dövləti Azərbaycanın haqq işində, ədalətli savaşını müdafiə edərək, dövlət rəsmləri səviyyəsində ölkəmizin tək olmadığını, Türkiyənin daim onun yanında olduğunu bəyan etdi. Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri bu əməkdaşlığın daha səmərəli olmağını təmin etdi.

İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusu öz vəzifəsini layiqincə yerinə yetirdi. Bu qələbə ilə xalqımız öz şanlı tarixinə yeni qəhrəmanlıq səhifəsi yazdı, möhtəşəm qalibiyyət səlnaməsi yaratdı.

44 günlük Vətən Müharibəsinin kuliminasiya nöqtəsi Azərbaycanın mədəniyyət incisi Şuşa şəhərinin düşmən işğalından azad olunması oldu.

Prezident Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür”.

Şuşa zəfərindən iki gün sonra noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Bununla da, Vətən Müharibəsi savaşı xalqımızın qələbəsi, düşmənin isə məğlubiyyəti ilə başa çatdı. Prezident İ.Əliyevin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini Böyük Zəfərin rəmzinə çevirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev özünün iradəsi, qətiyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində Vətən Müharibəsində tarixi qələbəmizin əsas təşkilatçısı oldu.

Məhəmməd Hüseynov

ADPU-nun Ağcabədi filialının dosenti

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər