Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Kikboksinq idman növü üzrə dünya birinciliyinin qalib və mükafatçıları olmuş Ağcabədili idmançılarla görüş keçirmişdir. Rüfət müəllim görüşdə bildirmişdir ki, son dövürlərdə ölkəmizdə olduğu kimi Ağcabədidə də idman sahəsi uğurla inkişaf etməkdədir. Bunun nəticəsidir ki, iki Ağcabədili idmançı taekvondo və kikboksinq idman növləri üzrə Türkiyə Respublikasının Konya şəhərində keçirilən V İslam Həmrəyliyi oyunlarında iştirak etmiş və onlardan biri Əkbərova Minayə Tapdıq qızı vətənə gümüş medalla qayıtmışdır. İdi isə idmançılarımız kikboksinq idman növü üzrə dünya birinciliydə yüksək nəticələr əldə edib.
İdarə rəisi kikboksçuları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzu etmişdir.
Qeyd edək ki, 03-10 oktyabr 2022-ci il tarixlərdə İtaliyanın Jesolo şəhərində keçirilmiş kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya birinciliyində Ağcabədili idmançılar Sübhan Mamedov -45 kq çəki dərəcəsində I yerə, Vüqar Mamedov -60 kq çəki dərəcəsində II yerə, Mahmud Hüseynov isə –57 kq çəki dərəcəsində III yerə layiq görülmüşdür. Ümumilikdə isə Azərbaycan millisi bu birincilikdə 7 qızıl, 6 gümüş və 7 bürünc medal qazanmışdır.