6.4 C
Aghjabadi

Hər cür şərait yaradılıb

Ağcabədi Olimpiya İdman Kompleksi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində inşa olunub. Adıçəkilən kompleks 2018-ci ildən fəaliyyətə başlayıb. Olimpiya İdman kompleksinin direktoru İsmayıl Rəsulovun sözlərinə görə, buraya öz peşəsinə dərindən bələd olan, bacarıqlı idman mütəxəssisləri cəlb olunub. Kollektivin səyi ilə qısa müddət ərzində Olimpiya İdman Kompleksi bölgədə nüfuzlu idman mərkəzlərindən birinə çevrilib. Rayonda son illər idmanın inkişaf etdirilməsi sahəsində olimpiya kompleksi önəmli rol oynayır. Söhbət zamanı qeyd olunub ki, burada müxtəlif yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. İdman mərkəzi lazımi inventar, qurğu və avadanlıqlarla təchiz edilib. Hazırda burada boks, cüdo, sərbəst güləş, taekvondo, üzgüçülük və fitnes bölmələri fəaliyyət göstərir. Həmin bölmələr üzrə idman zallarında müvafiq məşq və təlimlər keçirilir. Sözügedən idman bölmələrinə 6 nəfər peşəkar, yüksək ixtisaslı məşqçi-müəllimlər rəhbərlik edir. M.İbrahimov, B.Niftalıyev, E.Qəhrəmanov, T.Əkbərov, N.Musayev və D.İbrahimova respublikamızda kifayət qədər tanınan məşqçi-müəllimlər sayılırlar. Direktor onu da əlavə edib ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi ilə birgə kompleksdə müntəzəm olaraq, müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Rayonun yeniyetmə və gənc idmançıları rayon, zona birinciliklərində, yaxından iştirak edir, layiqli nəticələrə imza atırlar. Təqdirəlayiq haldır ki, məşqçi-müəllimlərin yetirmələri müxtəlif layihələr çərçivəsində nəinki rayon, zona birinciliklərində, eləcə də respublika, avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış edirlər. Onların arasında respublikamızın tanınmış məşqçilərindən sayılan Tapdıq Əkbərovun yetirmələri Elçin Həsənov və Minayə Əkbərova taekvondo idman növü üzrə avropa və dünya birinciliklərində mükafata layiq yerlər tuturlar. Təsadüfi deyildir ki, idmançılarımız yüksək nəticə qazanaraq, respublikanın yığma komandasına cəlb olunmuşlar. İ.Rəsulov söhbətin sonunda bildirib ki, idmana həvəsi olan hər bir rayon sakininin istifadəsi üçün Olimpiya İdman Kompleksində lazımi şərait yaradılıb. Burada müvafiq idman növləri ilə məşğul olmaq olar. Hər bir ağcabədilini Olimpiya İdman Kompleksinə dəvət edirik.

Hüseyn QULUZADƏ

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər