5.6 C
Aghjabadi

Məktəblərdə cədvəl oyunu

Salam. Necəsiniz? Deyirəm düzdanışan adamı sevmirlər də. Neçə vaxtdır yoxa çıxmışam, bir nəfər maraqlanmayıb ki, ay Əlövsət, necoldun? Qəfil gəldiyin kimi,  niyə qəfil də yoxa çıxdın? A qardaş, bəlkə başında bir iş var…

Əşşi, nə isə. Vallah elə sizin dərdinizi çəkməkdən ürəyimdə problemlər yaranmışdı. Deyilənə görə əvvəlki yazılarımı oxuyanlar “Ay Əlöösət, ürəyaa güllə dəysin” deyirmişlər. Amma güllə mənə yox, işini düz görməyənlərə dəyməli idi… 

Doğrusu, hələ yazmaq fikrim yox idi. Amma hər gün evimizdə qopan mərəkə məni məcbur etdi ki, qələmi “xodlayım”. 

Ay qardaş, məktəb açılandan iki nəvəmin gözünün yaşı qurumur. Gedirlər, 2 alıb qayıdırlar, anaları da yazıq uşaqları danlamaqdan birtəhər edib. Mən həmişə demişəm ki, dərs üstündə danlamağa qarışmaram. Amma gördüm yox ey, bu danlama-ağlaşma hər gün daha pis şəkildə davam edir. Gəlinim uşaqları artıq yun kimi çırpır, didir. Axırda nəvələrimi oturdub söhbət etdim. Sən demə, oktyabrın ortalarına yaxınlaşsaq da, hələ də məktəbdə dərs cədvəli davamlı olaraq dəyişir. Yəni bu həftəki cədvəl gələn həftə işləmir. Yazıq körpələr dərsləri oxuyurlar, çalışmaları yazırlar, məktəbə gedib görürlər ki, həmin günə tamam başqa fənlər keçilir. İş burasındadır ki, fənn müəllimləri cədvəl dəyişikliyini bilə-bilə uşaqları gözümçıxdıya salırlar. Xeyir ola, cədvəli tərtib edən, tərtib edərkən əsas məsələni kənara qoyub fənləri müəllimlərin “istəyinə” uyğun sıralayanlar qalır kənarda, uşağı danlayırsınız?! Hələ qırmızı qələmlə gündəliyinə “dərsə hazır deyil” də yazıb valideynin gözünə soxursunuz… Ayıbdır vallah. Nə haqq-hesabınız var çəkin, qurtarın,  cədvəli hazır edin, bu uşaqlar da rahat nəfəs alsın. Vallah mənim yazığım gəlir onlara. Məktəbdə müəllim, evdə valideyn canlarını alır.

Hə, bir də qələm əlimdəykən bunu da qeyd edim ki, demək uşağın ötən həftəki cədvəlinə baxıram, eyni gündə təsviri incəsənət, fiziki tərbiyə, musiqi dərsləri var. Digər günə baxıram, Azərbaycan dili, riyaziyyat, biologiya, coğrafiya, ədəbiyyat, tarix fənləri də eyni gündə salınıb. A başına dönüm, mən təhsildən uzaq bir adamam, amma yenə də bilirəm ki, dərs cədvəli hazırlanarkən fənlərin çətinlik səviyyəsi nəzərə alınmalıdır. Fənlər çox çətin, orta çətin və asan olaraq bir-birindən fərqlənir ki, cədvəl hazırlayan bunu bilməlidir. Çətin və orta çətin dərslər ard-arda salındıqda, Allah haqqı təhsilin keyfiyyəti də düşür aşağı. Hələ dayan ey, uşağın cədvəlində bir şey də görmüşdüm. Deməli 1-ci dərs  fiziki tərbiyə, ardınca ədəbiyyat, fizika… 6-cı dərs isə riyaziyyat. Yəni ilk dərsdə uşaq qaçır, tullanır, tərləyir, hərəkətlərlə orqanizmin əzələ sistemi həddindən artıq yüklənir və sonra bu uşaq  gəlib çətin dərslərlə məşğul olur, çalışma yazır, məsələ həll edir. Ayə, dədəmin göru haqqı bunun nə qədər yanlış olduğunu o uşaq da qəşəng bilir. Amma cədvəl tərtib edənlər ağına-bozuna baxmırlar. Bir sözlə, çox danışmaq, çox yazmaq olar. Ancaq mən söhbəti uzatmadan bu işlərə bir nəzarət olunmasını istəyirəm.

Bu arada, mənə az qarğış edin. Vallah nə edirəmsə, sizin üçün edirəm.

Sizin Əlövsət

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər