5.7 C
Aghjabadi

Türkdilli dövlətlər arasında əlaqələr sürətlə inkişaf edir

Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra dünyaya yenidən açıldı, region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. Dünyada gedən geosiyasi proseslər fonunda türk dünyasının bir araya gəlməsi isə ən mühüm məsələlərdən biri kimi diqqəti cəlb edir. Azərbaycanın türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması eyni soya, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından əlaqələr qurulması üçün müxtəlif platformalar meydana gəldi, bu birliyin hüquqi bazasını formalaşdıran müqavilələr imzalandı.

Son illərdə türkdilli ölkələr arasında münasibətlərin dinamik inkişafı və keyfiyyətcə yeni mərhələyə keçməsi müşahidə edilir. Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu vardır. Ölkə başçısının Mərkəzi Asiyanın türkdilli dövlətlərinə səfərləri qarşılıqlı siyasi-iqtisadi əlaqələrin inkişafı ilə  yanaşı,  tarixi bağlarımızın və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsinə töhfə verir. Bu baxımdan, Prezidenti İlham Əliyevin Qırğızıstana etdiyi dövlət səfəri də xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan və Qırğızıstanı birləşdirən ortaq mədəni irs və ortaq tarix kimi çoxsaylı ümumi dəyərlər ölkələrimizin strateji tərəfdaşa çevrilməsinin əsas amilləridir.

Prezidenti İlham Əliyevin dəvəti ilə 2022-ci ilin aprel ayında Qırğız Respublikasının  Prezidenti Sadır Japarovun ölkəmizə səfəri zamanı imzalanmış “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum” və strateji tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında münasibətləri yeni səviyyəyə çıxarmışdır. Sənədlərin imzalanmasından keçən qısa zamanda nəzərdə tutulan bir çox məsələlər reallaşdırılmışdır.

Prezidenti İlham Əliyev Qırğızıstana rəsmi dövlət səfəri çərçivəsində  2022-ci ilin oktyabr ayının 11-də Bişkek şəhərində keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibli iclasında çıxışında  iki ölkə arasında əlaqələrin yeni potensialları ortaya çıxardığını qeyd etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu gün  hər iki ölkə türkdilli dövlətlər arşında qardaşlıq münasibətlərinin  möhkəmlənməsinə  fəal töhfə verir.  Bu baxımdan Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir. Azərbaycan artıq investor ölkə kimi Qırğızıstanda da təklif ediləcək sahələrə sərmayə qoymaq imkanlarına malikdir. Bu da indiyədək rəmzi xarakter daşıyan ticarət dövriyyəmizin həcminin əhəmiyyətli şəkildə artmasına səbəb olacaqdır.

Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsinə sahib olduğu üçün dost ölkə kimi Qırğızıstan Azərbaycanın malik olduğu kommunikasiya imkanlarından da istifadə edə bilər.

Qırğızıstanla əlaqələrimiz mədəniyyət, təhsil, iqtisadiyyat, nəqliyyat və  yüksək texnologiyalar kimi geniş bir sferanı əhatə edir.

Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli əlaqələrlə yanaşı, türk birliyinin koordinasıyası kimi məsuliyyətli bir vəzifənin də öhdəsindən layiqincə gəlir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər