Oktyabr ayının 11-də Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə getmişdir. Bişkek şəhərinin Beynəlxalq “Manas” Hava Limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov şəxsən özü qarşılamışdır. Elə həmin gün Prezident İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi- Memorial Kompleksini, həmçinin dünya şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi.
Bişkekdə “Ala-Arca” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi keçirilmişdir.
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasındakı Birinci Dövlətlərarası Şuranın məhdud tərkibli, həm də geniş tərkibli iclası keçirilmişdir.
İclaslarda Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov çıxış edərək bildirmişdir ki, Qırğızıstan və Azərbaycan qarşılıqlı əlaqələrinə dair məsələlərini yenidən müzakirə etməkdən məmnunluq duyuram. Cari ilin aprel ayında Azərbaycana səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirirəm. Azərbaycan və Qırğızıstan xalqlarının dostluğunun tarixi çox qədimdir. Dostluq ənənələri bu gün də davam edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.Bu il həm biz Dostluq və əməkdaşlıq haqqında müqavilənin 25 illiyini, 3 aydan sonra diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu müddət ərzində hər iki ölkənin qarşılıqlı olaraq əlaqələri dinamik şəkildə genişlənmiş, dövlətlərimizin rəsmi qurumları arasında fəal əməkdaşlıq platforması yaranmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək dost Qırğızıstan Respublikasında səmimi qarşılanmağa görə minnətdarlığını bildirmiş, 6 ay əvvəl onun Azərbaycana səfərinin çox böyük əhəmiyyət kəsb etdiyini qeyd etmiş və bildirmişdir ki, ölkələrimizin qarşılıqlı əməkdaşlıq potensialı durmadan artır.Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında bağlanan “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” əlaqələrimizin daha da yüksək səviyyəyə qaldırıb.Əminəm ki, mənim səfərlərimin yekunlarına dair yeni razılaşmalar əldə olunacaq və bu razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcəkdir.Siz bizim ölkələrin həm beynəlxalq arenada,həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah həm biz Sizinlə, həm də nümayəndə heyətlərinin üzvləri planlarımızı ətraflı müzakirə etmək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirmək fürsəti əldə edəcəyik.
Bütövlükdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan səfəri ölkələrimiz arasında yüksələn dostluq və qardaşlıq əlaqələrinin daha bir təntənəsi oldu
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı