Rəqiblərinə hörmət etmək, qaydaları gözləmək lazımdır…

Suallara keçməzdən əvvəl müsahiblərimi sizlərlə tanış etmək istəyirəm. Mahmud Hüseynov, Vüqar və Sübhan Mamedovlar 30 sentyabr – 9 oktyabr tarixlərində İtaliyanın Yesolo şəhərində keçirilən kikboksinq üzrə uşaqlar, yeniyetmələr və  gənclər üçün dünya birinciliyində iştirak edən ağcabədililərdir. Sevindirici haldır ki, yarışlarda  idmançılarımız fərqli çəki dərəcələrində I,II və III yerlərə layiq görülüblər. Beləliklə, “Aran” qəzeti onların səmimi müsahibəsini oxuculara təqdim edir.

– Öncə hər birinizi təbrik edirəm. Şübhəsiz ki, çox yarışlarda olmusunuz. Amma, dünya çempionatının həyəcanı yəqin ki, tam fərqli olardı. Səhvsiz mübarizə aparıb qalib gəlmək lazım idi. Belə də oldu, yarışda yer tutdunuz. Təəssüratlarınızı bölüşməyinizi istərdik. 

VüqarYüksək səviyyəli yarış idi. Dünyanın bir çox  ölkəsindən xeyli sayda idmançılar iştirak edirdi. Çempion olmaq məqsədi ilə getmişdim. Döyüşlər keçirərək, ikinci yerə layiq görüldüm.

Sübhan: Yarışa iki ay hazırlaşmışdıq. Sözsüz ki,  hər kəs istəyər qalib olsun. Dünya çempionatında iki döyüş keçirdim. Həyəcanlı olmamaq mümkün deyildi. Bütün bunlara baxmayaraq, rəqiblərimə qalib gəldim və çempion oldum. 

Mahmud: Bilirsiniz, bütün yarışlarda qalib olmaq, yüksək nəticə göstərmək olmur. Bəzən isə bu hal insanda ruh düşkünlüyü yaradır. Mən də iki döyüş keçirdim və üçüncü yerə layiq görüldüm. Düşünürəm ki, pis nəticə deyil.

Qələbələrinizi kimə həsr edirsiniz?

Vüqarİnsanı ruhlandıran, onu irəliyə aparan müəllimidir deyə düşünürəm. İdmanın hər hansısa növünüsevməyə bilərsən,amma yaxşı bir məşqçi onu sənə sevdirməyi bacarar. İdmanla dövlətimi, xalqımı təmsil edirəm. Uğurlarım dövlətimin, eləcə də məşqçimindir.

Sübhan: İnsanın hansı ölkəyə, millətə mənsub olması onun kimliyidir, qürurudur. Mənim kimliyim Vətənimdir. Qalibiyyətlərim hər zaman Vətənimindir. 

Mahmud: Qələbə qazanmaq məsuliyyət tələb edir. Mən qələbələrimin hamısını torpaqlarımızın azadlığıuğrunda canından keçmiş bütün şəhidlərimizə və məşqçim- Mehman  müəllimə həsr edirəm.

Qarşılaşmalarda çətin hesab etdiyiniz rəqiblərkimlər oldu?

Vüqar: Bilirsiniz, rəqibə zəifdir demək düzgün deyil. Hər qarşılaşmada müəyyən çətinliklər yaşanır. Çempionatda qarşılaşma zamanı isə sonuncu– bosniyalı rəqibimlə döyüş çətin keçdi

SübhanYarışda küveytli və azərbaycanlı idmançılar rəqiblərim idi. İlk döyüşü nokautla bitirdim. İkinci döyüşdə isə 3:0 hesabı ilə qalib gəldim. İkinci rəqibimlə yəni azərbaycanlı həmkarımla  gərgin döyüş keçdi

Mahmud: Rəqiblərinə hörmət etmək, qaydaları gözləmək lazımdır. Etdiyin adi bir səhv səni qələbədən ayıra bilər. Mən də çempionatda iki döyüş keçirdimDeyərdim ki, serbiyalı idmançı ilə döyüşüm çətin oldu.  

Yarışlardan öncə xüsusi bir məşq keçirsinizmi?

Vüqar: Bəli, olur. Yəni əvvəl həftənin müəyyən günləri keçirilən məşqlər yarış öncəsi hər gün olur. Məşq saatları artırılır.  Fiziki məşqlər edilir. İndi isə Avropa çempionatına hazırlaşırıq. İnşallah yenə qalib olarıq.

Sübhan: Əslində  həyat tərzimizə, qidalanmamıza daim fikir verməliyik. Amma, yarışlardan əvvəl daha ciddi rejimə keçirik. İstər məşq baxımdan, istərsə də, digər tərəfdən.

Mahmud: Sübhan və Vüqarla məşq saatlarımız və günlərimiz eynidir.  Demək olar ki, bütün yarışlara bərabər hazırlaşırıq. Yarışlardan əvvəl isə qalib olmaq üçün məşqlərimizi artırırıq.

Qalibiyyətlər və məğlubiyyətlər yaşamısınız. Hər biri yaddaşlarda fərqli iz salır. Sizcə qalib gəlmək üçün güclü məşq lazımdır yoxsa, şanslı olmaq?

Vüqar: Məncə güclü məşq lazımdır. Çeviklik vədüşünülmüş addımlar atmaq da öz yerində. 

Sübhan: Əvvəlcə yarışa həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaq lazımdır. Qaldı ki, sizin sualınıza,şans da lazımdır, amma güclü olmaq mütləqdir.

Mahmud: Məşq hər zaman lazımdır. Şans isə döyüşdə qarşılaşdığın rəqibindir.

Niyə başqa idman növü yox məhz kikboks?

Vüqar: Uşaqlıqdan həvəsim bu idman növünədir. Yaşadığım küçədə də uşaqlar kikboksa gedirdi. Səbəbin bilmirəm, amma bu idmanı sevirəm. Hesab edirəm ki, gələcək karyeram elə burdan başlayır.

Sübhan: Əvvəllər bir neçə idman növü ilə məşğul olmuşam. Belə deyim, onları sevə bilmədim. Ancaq, kikboksla məşğul olanda hiss elədim ki, burada özümü tapıram. Zamanla bu sahədə daha da peşəkarlaşmaq istəyirəm. 

Mahmud: Dostlarımın çoxu idmanla məşğul olurdu. Mənim də marağım yarandı. Əvvəldən elə kikboksla məşğulam. Vaxt keçdikcə hiss elədim ki,  idman həyat tərzimə çevrilib. Qarışıda bizi hələ çox nailiyyətlər gözləyir.

( Hər üç müsahibim bu idmanı onlara daha çox sevdirən insanın müəllimləri – Mehman Quliyev olduğunu da bildirdirir.) 

Maraqlandığınız digər idman növləri varmı, yaxud boş vaxtlarınızda nələr edirsiniz?

Vüqar: Hələ ki, maraqlandığım başqa idman növü yoxdur. Gələcəkdə bu vəziyyət dəyişərmi, onu bilmirəm. Hobbim isə musiqi dinləyib, ruhumu dincəltməkdir.

Sübhan: Boksla da məşğulam, yarışlara qatılıram. Futbolu da sevirəm. Məşqlərdən sonra boş vaxtlarımı isəmusiqi dinləməklə keçirirəm

Mahmud: Kikboksla bərabər boksla da məşğulam. Məşqlərdə iştirak edirəm. Vaxt tapdıqca Vüqar, Sübhan və mən gəzməyə çıxırıq.

-Vaxt ayırıb sualları cavablandırdığınız üçün hər birinizə təşəkkür edir və uğurlar arzulayıram.

Biz təşəkkür edirik.

Söhbətləşdi: Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər