Silsilə tədbirlərə start verilib

​Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniya, onun fəasdları, erkən nikah,  dini ekstremizm və digər bu kimi mövzulara həsr olunan silsilə tədbirlərə start verilib. 

​Oktyabrın 19-da M. F. Axundov adına şəhər 3 saylı məktəb-liseyində keçirilən tədbirdə polis şöbəsinin, rayon icra hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil sektorunun, QHT əməkdaşları, sözügedən məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.

​Tədbirdə Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Elmir Dəmirçiyev çıxış edərək, narkomaniyanın, erkən nikahın, eləcə də dini radikalizmin müasir dövrümüzün ağrılı və acınacaqlı problemləri olmasından söz açıb. E. Dəmirçiyev narkomaniyanın artıq qlobal xarakter daşıyaraq ümumbəşəri bəlaya çevrilməsindən, narkotik vasitə və psixotrop maddələrin istafədəsi və satışının genişlənməsindən, bu bəlanın gənclərin həyatına müxtəlif yollarla daxil olaraq onları cəmiyyətdən təcrid etməsindən danışıb. O, problemin həlli üçün aidiyyatı qurumlar tərəfindən görülən tədbirlərin və maarifləndirici söhbətlərindavamlı olaraq keçirildiyini bildirib.

​Sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova, təhsil sektorunun metodisti Tofiq Zeynalov və başqaları belə tədbirlərin keçirilməsində əsas məqsədin gəncliyimizi zərərli vərdişlərdən uzaq tutmaq olduğunu, bu cür neqativ halların milli-mənəvi dəyərlərimizə kölgə saldığını qeyd ediblər. Bununla bərabər erkən nikahın, dini savadsızlığın, sosial şəbəkələrdən düzgün istifadə edilməməsinin insan həyatında törətdiyi fəsadlardan da söz açılıb. 

​Yekunda şagirdlərin sualları cavablandırılıb.

Rəmziyyə HƏSƏNOVA

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər