5.7 C
Aghjabadi

ATƏT-in Minsk qrupu ilə Fransanın aqibəti eyni oldu

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının  oktyabrın 14-də Astanada keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək regionumuzda yaranan vəziyyətlə bağlı ətraflı məlumat vermişdir.Prezidenti İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məğul olmuş ATƏT-in Minsk qrupu və qrupun həmsədri kimi Fransanın vasitəçilik missiyasının obyektiv qiymətini vermişdir.

Münaqişədən 28 il ötməsinə baxmayaraq ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermədi. Minsk qrupu münaqişəni nizamlamaq əvəzinə dondurmağa çalışmışdır. Danışıqlar gözdən pərdə asmaq xarakteri daşıyır, Ermənistan üçün cəzasızlıq mühiti təmin edirdi. Sonu görünməyən bu missiyaya Azərbaycan dayan deyərək, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edib münaqişəni güc yolu ilə həll etdi. 

Müharibədən sonrakı dövrdə Ermənistan iki ölkə arasındakı sərhəd boyunca terror və təxribatlar törətməkdə davam edir. Təxribatların geniş miqyas aldığı sentyabr ayında toqquşmalar aktivləşmiş və ermənilər yenə də böyük itkilər verərək mövqelərinə çəkilmək məcburiyyətində qalmışdır.

Avropa İttifaqının vasitəçilik missiyası çərçivəsində Praqada keçirilən dördtərəfli görüşdə, sentyabr hadisələrindən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdıran Fransa-Ermənistan cütlüyü istədiklərinə nail ola bilmədi. Prezident İlham Əliyev qətiyyətli mövqe sərgiləyərək Aİ-nın mülki missiyasının Azərbaycan ərazisinə gəlməsinə icazə vermədi. Ermənistan isə özü dəstəklədiyi təklifi qəbul etmək məcburiyyətində qaldı. Bununla da Azərbaycan üçün hazırlanan tələyə Ermənistan özü düşdü.

ATƏT-in Minsk qrupunun fəaliyyətindəki ənənəvi rolunu davam etdirə bilməyəcəyini anlayan Fransa prezidenti, görüşdən bir həftə sonra müsahibə verərək Azərbaycana qarşı çirkin iftiralar atmağa başladı. Nümayiş etdirdiyimiz xoş mərama baxmayaraq o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərmişdir. Eyni zamanda normallaşma prosesinə töhvə verən vasitəçilik fəaliyyətinə kölgə salmağa çalışmışdır.

Prezident İlham Əliyev Fransanın ədalətsiz mövqeyini qəti surətdə pisləmiş və bundan sonra belə münasibət çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasını mümkünsüz hesab etmişdir.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər