Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi region gəncləri üçün öz fəaliyyətini davam etdirir.
Nümayəndəliyin budəfəki fəaliyyəti “Mərkəzə Doğru” layihəsi olubdur. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Ağcabədi Pedaqoji Kollecinin gəncləri ilə görüş həyata keçirilib. Görüş çərçivəsində mərkəzin əməkdaşı Ləman Zeynalova tərəfində “Mərkəzə Doğru” adlı təlim təşkil edilmiş, maraqlı oyunlar oyanınlmış, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti ilə bağlı təqdimat bölüşülmüşdür.
Layihənin əsas məqsədi 14-29 yaş aralığında olan hər bir Ağcabədi gəncinin asudə vaxtlarını səmərəli keçirməsi və karyeralarını düzgün istiqamətdə formalışdırması üçün Gənclərin İnkişaf və Karyera Mərkəzinin vətənpərvərlik və dövlətçilik, könüllülük və sosiallaşma, karyera quruculuğu, şəxsi inkişaf istiqamətlərində həyata keçirdiyi fəaliyyətlərdən yararlanması üçün məlumatlandırılmasıdır.