5.7 C
Aghjabadi

Ağcabədidə 16 min tondan çox pambıq yığılıb

Respublikada pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı prosesinə 447 pambıqyığan kombayn və 3085 traktor yedəyi cəlb olunub. Metbuat.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, texnikaların sayı məhsulun 100 faizə yaxınını mexaniki üsulla yığmağa imkan verir. Bu il ölkə üzrə 16 rayonda 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad, Bərdə, Salyan, Neftçala və Beyləqan rayonları ərazisində əkilib

. Bu rayonlarda pambıq sahələrinin həcmi 8 min hektardan çoxdur. Bu il Ağcabədi rayonunda 11838 hektar sahədə pambıq əkini aparılıb. Ağcabədili fermerlər bugünədək sahələrdən 16 min tondan çox pambıq yığaraq tədarük məntəqələrinə təhvil veriblər. Hazırda rayon üzrə orta məhsuldarlıq 14 sentner təşkil edir. Sahələrdə bol məhsul olması səbəbilə bu il mövsümün sonunda Ağcabədidə pambıq üzrə orta məhsuldarlığın çox yüksək olacağı gözlənilir. Güclü pambıqçılıq ənənələri olan Ağcabədidə bu texniki bitkinin becərilməsinə maraq ildən-ilə artır. 2022-ci ildə pambıq emalı və tədarükü məntəqələri satın alınan məhsulun hər tonuna görə qiyməti 100 manat artırıblar. Ötən il 1-ci sort pambığın bir tonu 700 manata alınırdısa, bu il qiymət 800 manata qaldırılıb. Aqrar Subsidiya Şurasının qərarına görə, 2022-ci il pambıq mövsümü üçün yalnız məhsul subsidiyası vermək barədə qərar qəbul edib. Məhsul subsidiyasının miqdarı hər tona görə 70 manat artırılıb. Bu il fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə dövlətdən 170 manat məhsul subsidiyası alacaqlar. Dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi pambıq becərən fermerlərin bu il milyonlarla manat əlavə gəlir əldə etməsinə səbəb olacaq. Çünki məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.

Respublikada pambıq yığımı davam edir. Yığımın optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər