İntellektual oyunun seçmə mərhələsi üzrə yarış keçirilib

            Oktyabrın 23-də  Azərbaycan İntellektual Klublar Assossasiyasının  təşkilatçılığı ilə Ağcabədi rayon Bayraq muzeyində “Nə? Harada? Nə zaman?” intellektual oyunun E qrupunda seçmə mərhələnin oyunları keçirilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirin açılışında çıxış edərək qonaqları salamlayıb. Qeyd  edilib ki, noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi tamam olur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə respublikamızın hər yerində geniş tədbirlər, yarış və müsabiqələr keçirilir.Bu gün isə rayonumuzda “Nə? Harada? Nə zaman?” intellektual  oyununun seçim mərhələsində 11 rayonun – Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Naftalan, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Goranboy və Laçın rayonlarının komandaları mübarizə aparacaqlar.Tədbirin ev sahibi olaraq, yarşılara hazırlıq işləri yüksək səviyyədə təşkil edilib. Əsasnaməyə müvafiq olaraq,  11 komanda arasında yüksək xal toplayan  3 komanda finala vəsiqə qazanacaq.

R.Əhmədov Azərbaycan İntellektual Klublar Assossasiyasının  Ağcabədiyə ezam olunmuş nümayəndələrinə təşəkkürünü bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb.

3 turdan ibarət keçirilən müsabiqədə Goranboy rayonunun  komandası  I, Bərdə rayonunun  komandası II,  Xocavənd rayonunun  komandası III yerlərə layiq  görülüblər.

Ümumilikdə, Respublikanın  7 şəhərində keçirilən seçmə turunda qalib gəlmiş 21 komanda noyabrda  Bakı şəhərində  Gülüstan sarayında  final yarışlarına qatılacaq.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com