Münaqişənin nizamlanmasında Fransaya ehtiyac duyulmur

Oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak və çıxış etmişdir.

​Azərbaycan Prezidenti çıxışında regionda yaranan vəziyyətlə bağlı məlumat verərək qeyd etdi ki,həmkarlarım yaxşı bilirlər ki, Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, o mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qrupun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən, hər bir ölkənin  özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.

​Müharibənin başa çatmasından  2 ilə yaxın vaxt keçsə də,  Ermənistanın qeyri-konstruktiv fəaliyyəti nəticəsində bölgədə sülhə nail olmaq hələ də mümkün olmamışdır.​Ermənistan 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli razılaşmanın şərtlərinə tam əməl etməmiş, təmas xəttində tez-tez silahlı insident törətməkdə davam etmişdir. Ona görə də  1 ay əvvəl Azərbaycan-Ermənistan sərhəddində silahlı toqquşmalar baş vermiş, hər iki tərəfdə itkilər olmuşdur. 

Azərbaycan müharibədən sonra tərəflər arasında  münaqişənin  həll edilməsi istiqamətində fəal iş aparmış, müxtəlif səviyyələrdə görüşlər keçirilmiş, lakin bu işlər heç bir səmərə verməmişdir.

​Oktyabrın 6-da  “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu.

​Bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında  Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Onlar orada azı  2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir.

​Görüşdən bir neçə gün sonra Fransa Prezidenti Makron bəyan etdi ki,  Fransa heç vaxt Ermənistanı atmayacaq.Ancaq, necə deyərlər, bu ikitərəfli münasibətlər məsələsidir. Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya-Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını qoy Fransa ictimaiyyəti  müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik,  rədd edirik və bundan sonra Fransa  hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.

Nazim Bünyatov.  

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com