“Kommunikasiya meneceri” layihəsi müzakirə olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində Ağcabədi Regional Mədəniyyət İdarəsində kommunikasiya menecerlərinin fəaliyyətini təmin etmək məqsədilə yaradılan işçi qrupu ilə görüş keçirilib. Görüşdə, regional idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin kommunikasiya fəaliyyəti üzrə əlaqələndirici məsul şəxsləri də iştirak ediblər.

Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən görüşdə çıxış edən idarənin kommunikasiya meneceri İlkin Mamedov respublika mədəniyyət nazirliyinin “Kommunikasiya meneceri” layihəsi barədə iştirakçıları məlumatlandırıb. O, sözügedən layihənin nazirliyin sistemində həyata keçirilən kompleks islahatların tərkib hissəsi olduğunu, mətbuat, eləcə də kommunikasiya sahəsində nazirliyin strukturuna daxil olan qurumlar, tabe müəssisə və təşkilatların effektiv şəkildə kommunikasiya fəaliyyətinin həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə reallaşdırıldığını vurğulayıb.

Tədbirdə kommunikasiya meneceri İlkin Mamedov və kommunikasiya menecerinin işçi qrupunun üzvlərinin iştirakı ilə layihə çərçivəsində görülməsi planlaşdırılan işlər müzakirə edilib.

Görüşdə, regionun mədəniyyət və tarixinin təbliğinə yönəlmiş tədbirlərin həyata keçirilməsindən də bəhs edilib, regionun musiqinin, xüsusilə də muğam sənətinin, ümumilikdə mədəniyyətimizin payında olan önəmi vurğulanıb və gələcək fəaliyyətdə bu istiqamətdə təbliğat işlərinin həyata keçirilməsi üçün görüləcək işlərə dair təkliflər səsləndirilib.

Müzakirə zamanı ənənəvi media və sosial media ilə iş prosesində qarşıya çıxan çətinliklər və onların həlli yolları, eləcə də gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com