25.10.2022 “Dövlət və bələdiyyə qulluqçuları üçün onlayn antikorrupsiya təlim kursunun təşkili” layihəsi çərçivəsində onlayn seminar keçirilmişdir.
25 oktyabr 2022-ci il tarixdə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə) “Dövlət və bələdiyyə qulluqçuları üçün onlayn antikorrupsiya təlim kursunun təşkili” layihəsi çərçivəsində onlayn seminar keçirilmişdir.
Layihə çərçivəsində onlayn seminarda Ağcabədi Rayon İcra Hakimiyyətinin əmakdaşları iştirak etmiş və onlar üçün “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət”, “Korrupsiya risklərinin aşkar edilməsi və qarşısının alınması” və “Dövlət qulluğunda etik davranış prinsipləri” mövzusunda onlayn təlimin keçirilmişdir.