6.4 C
Aghjabadi

Şəhid Sahil Məmmədovun anım mərasimi keçirildi

            Oktaybrın 25-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Sahil Məmmədovun Ağcabədi Qəhrəmanlar Parkında anım günü keçirildi. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər. Anım mərasimində şəhidimizin xatirəsi anıldı, ruhuna dualar oxundu. Mərasimin sonunda vaxtı ilə şəhidin özünün də təhsil aldığı Yuxarı Qiyaməddinli kənd tam orta məktəbinin şagirdləri şeirlər səsləndiriblər.

            Məlumat üçün bildiririk ki, Sahil Ədalət oğlu Məmmədov 1996-cı ilin iyunun 12-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olub. Alı Mustafayev adına Yuxarı Qiyaməddinli kənd 1 saylı tam orta məktəbində təhsil alıb. Azərbaycan Ordusunun giziri olmuş Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistanın işğalı  altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Sahil müharibənin ilk günlərində xüsusi döyüş əməliyyatı zamanı düşmənin 1 postunu məhv etdikdən sonra 2-ci postun azad olunduğu zaman düşmən snayperi ilə sinəsindən vurulub. Vətənə olan məhəbbəti onu rahat yatmağa qoymur, hələ tam sağalmamış döyüş yoldaşlarının yanına qayıdır. Elə ordaca vəziyyəti pisləşdiyindən onu xəstəxanaya yertləşdirirlər, lakin döyüş əzmi ona yaralarının unutdurur və o təkrar döyüşə qatılır. Səhhəti ilə əlaqədar onu döyüşdən kənarlaşdırmağa çalışsalar da Sahil özünü yaxşı hiss etdiyini söyləyərək döyüşə davam edir və həmin gecə- oktyabrın 25-də şəhadətə ucalır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Sahil Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasın görə” medalları ilə təltif olunub.

            Rahat uyu qəhrəman gizir, uğrunda ürəyini bir an belə düşünmədən sipər etdiyin Vətən torpağı azaddır.

Pərvin ŞAKİRQIZI

Fotolar Mais İbrahimovundur

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər