Danılmaz faktdır ki, Azərbaycan-Türkiyə dostluğu, gündən-günə daha da möhkəmlənir, yeni sınaqlardan çıxaraq sarsılmaz ittifaqa çevrilir.
Bu yüksək əlaqələrin yaranmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri də mühüm rol oynayır.
Qardaş Türk ölkəsinin Prezidenti başda olmaqla bütün türk xalqı uğurlarımızı böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Bu iki qardaş Ölkənin birliyi regionda inkişafa və təhlükəsizliyə yol açır. Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən bir diyara çevirmək üçün bölgədə mühüm rol oynayacaq Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və bölgədə həyata keçirilən digər quruculuq işlərinin çox böyük əhəmiyyəti var. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanınZəngilan Beynəlxalq Hava Limanının açılışını birgə etmələrini bütün türk dünyası böyük sevinc və qürurla izlədi. Zəngilanın erməni işğalından azad edildiyinin 2-ci ildönümündə belə irimiqyaslı regional layihənin reallaşması Beynəlxalq aləmə verilən böyük bir mesaj idi. Qardaş ölkə 44 günlük Vətən Müharibəsində Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərdiyi kimi, bu gün də bərpa-quruculuq işlərində, digər bütün məsələlərdə öz dəstəyini əsirgəmir.
Səfər çərçivəsində Dövlət başçıları bir sıra obyektlərin də təməlini qoydular, müəssisələrin açılışında iştirak etdilər. Bu onu sübut edir ki, Azərbaycanla Türkiyənin qarşılıqlı səyləri bölgənin geosiyasi mənzərəsini dəyişməyə təkan verir, gələcəklayihələri planlı şəkildə və davam etdirəcəyinə əminlik yaradır.
Zəngəzur dəhlizinin reallaşması üçün atılan addımlar, xüsusən də Türkiyə Prezidentinin Zəngilanda Hava Limanının açılışında şəxsən iştirak etməsi layihəni siyasi iqtisadi dəyəri ilə yanaşı siyasi dəyərini də artırır. Bu bölgədə hər bir açılışın, təməlqoyma mərasiminin dövlətimizin iqtisadiyyatı üçün mühüm önəmi var.
Iki qardaş ölkənin iştirakı ilə reallaşdırılan böyük layihələr Qarabağ və Şərqi Zəngəzur bölgəsinin mənzərəsini dəyişir.
İkinci Qarabağ Müharibəsindəki qalibiyyət regionda Türkiyə-Azərbaycan müttəfiqliyinin ən yüksək zirvəsinə qaldırdı. Bu müttəfiqlik məhz Şuşa Bəyannaməsi ilə rəsmiləşdi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təkcə iki türk dövlətinin qardaşlığını inkişaf etdirmir, həm də türk dünyasının birləşməsinə ciddi səy göstərirlər.
Heç bir qüvvə Azərbaycan -Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini