Şəhid Ceyhun Məmmədovun anım mərasimi keçirildi

Vətən torpağının düşmən caynağından azad edən qəhrəman igidimizin biri də Məmmədov Ceyhun Qafar oğludur. Ceyhun 1996-ci ildə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ceyhun Vətən müharibəsində Füzulinin, Xocavəndin və Şuşanın azadlığı azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Döyüş tapşırığının yerinə yetrilməsi zamanı şəhid olub.

Oktyabrın 26-da Ceyhun Məmmədovun şəhadətə ucalmasından 2 il ötdü. Bu münasibətlə də Qaraxanlı kəndində şəhidin anım mərasimi keçirildi.

Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı  Tahir Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlıik və Hərb Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Ağcabədi rayon şöbəsinin rəisi, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhidin doğmaları, kənd sakinləri iştirak etdilər.

 Rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli  Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi hünərdən söz açdı.

Qəhrəmanımızın ruhuna dualar oxundu.

Məlumat üçün bildirək ki, Ceyhun Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Pərvin ŞAKİRQIZI

Fotolar Mais İbrahimovundur

Xəbər lenti

Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyəti təhlil olunub

Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. “Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi...

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanda ana arı yetişdirilən təsərrüfatlara subsidiyaların verilməsi təklif edilir

Azərbaycanda ana arı yetişdirilən təsərrüfatlara subsidiyaların verilməsi təklif edilir. Bunu "Report"a "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin...

Hamiləlikdə risk qrupları açıqlanıb

Hamiləlikdə risk qrupları açıqlanıb. "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova məlumat verib.

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Şəhid Orxan Əsgərov dəfn edilir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir. “Report” xəbər...

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

"Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib – FOTOLAR

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində yol qəzası baş verib. Belə ki, Ağdam rayon sakininə məxsus "Mercedes" markalı...

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents...

Şərhlər