Oktyabr ayının 24-də Azərbaycan respublikasınınlikasının Prezidenti İlham Əliyev dost Gürcüstana işgüzar səfərdə olmuşdur. Səfərçərçivəsində cənab Prezident Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətəkgörüşmüş, sonra həmin sarayda Gürcü xalqının milliadəd və ənənələrini özündə əks etdirən milli musiqi vərəqslərdən ibarət olan mədəni proqrama baxmış, Gürcü kulinariyası, eyni zamanda “Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olmuş, Professor Eldar Nadiradzenin həmmüəllifliyi ilə yazılmış “Qarabağxanlığı. Tarixi və mədəni kimlik” adlı kitabla tanışolmuşdur. Kitabda XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ aid olan 300-dən çox rəsm yer alıb.
Mədəni proqramla və sərgi ilə tanışlıqdan sonraPrezident İlham Əliyev və Baş Nazir İrakli Qaribaşvilimətbuat konfransı keçirmişlər.
Mətbuat konfranslnda Gürcüstanın Baş naziriİrakli Qaribaşvili qonağı salamlayaraq vurğulayıb ki, iki qardaş ölkə arasında olan səmimi qonşuluq münasibətləri və strateji tərəfdaşlığın kökləri tarixə söykənir. Baş nazir həmçinin qeyd edib ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür.
Baş nazir həmçinin, Azərbaycan və Ermənistan olan münaqişədən qonşu ölkə kimi narahat, bölgədə sülhün bərqərar olması üçünəllərindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı.Ölkəmiz Azərbaycan üçün önəmli ölkədir və eynizamanda Azərbaycan da Gürcüstanın stratejitərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühümlayihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir- Bakı-Tbilisi-Ceyhan neft, Bakı -Tbilisi-Ərzurum qazkəmərləri, Bakı-Tbilisi -Qars dəmir yolu və Ortadəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundansonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.
İrakli Qaribaşvili çıxışının sonunda AzərbaycanınÜmummilli Lideri Heydər Əliyeviə olan ehtiramını ifadə edərək onun vaxtilə Azərbaycan və Gürcüstanın adı ərlərinə aid kəlamını xatırlatmışdır.“Azərbaycan və gürcü xalqları xoşbəxtdir ki, onlarqonşu xalqlardır.”
Mətbuat konfransında Azərbaycan Prezidenti çıxışedərək Gürcüstana səfərə dəvət edilməsinə görə Başnazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirmiş,əsrlər boyu xalqlarımızın dostluq, qardaşlıq, mehribanqonşuluq şəraitində yaşadığını, Dövlətlərarası əlaqələrin möhkəm təməl üzərində qurulduğunu qeydetmişdir. Bizim birgə həyata keçirdiyimiz bir sıra layihələr var ki, onlar təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyətdaşıyır. Gürcüstan və Azərbaycan bütün beynəlxalqsəviyyəli tədbirlərdə bir-birini qarşılıqlı olaraq dəstəkləyirik. İnanırıq ki, bundan sonra da iki qardaşölkənin münasibətləri daha yüksək səviyyəyə qalxacaq.
Cənubi Qafqaz bölgəsində cərəyan edən siyasi proseslər fonunda cənab Prezidentin dost Gürcüstana səfəri bir çox mətləblərə aydınlıq gətirmək nöqteyi-nəzərində çox önəmli bir səfər oldu.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini