Oktyabrın 23-də Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbinin idman zalında Zəfər Gününə həsr edilmiş kikboksinq idman növü üzrə rayon turniri keçirilib.
Turnirdə 50 idmançı müxtəlif çəki dərəcələrində güclərini sınayıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda ayrı-ayrı çəki dərəcələrində I, II və III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.
“ARAN”