Qazinin gənclərlə görüşü keçirilib

   31 oktyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində  Zəfər günü bayramı ilə əlaqədar olaraq, Vətən müharibəsi qazisi Cavid Allahverdiyevlə gənclərin görüşü keçirilib. 

 Tədbirdən qabaq  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

 Görüşü giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov qeyd edib ki, uzun illər həsrətində olduğumuz torpaqlarımızın işğaldan azad olunmasıüçün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti Vətən müharibəsindəki zəfərimizi təmin etdi. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşdi, nəticədə möhtəşəm qələbə qazandıq. Beləcə 8 noyabr Azərbaycan tarixinə Zəfər günü kimi həkk olundu. 

  Sonra tədbirdə çıxış edən Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, xalqımızın mübarizliyindən, eləcə də, qazi Cavid Allahverdiyev keçdiyi şərəfli döyüş yolundan tədbir iştirakçılarına geniş məlumat verdi.

 Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.  

      Hüseyn Quluzadə 

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com