30 ilin mübarək, doğma partiya

         Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçmişdir. Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Hərtərəfli qazanılan nailiyyətlər Azərbaycanın milli gücünün əsas şərtlərindən biridir.

YAP-ın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. YAP Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə yarandı və bu dövrdə Heydər Əliyev tarixi missiyanı öz üzərinə götürərək dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir. Partiyamız xalqın arzu və istəklərini həyata keçirərək, milli dəyərləri uca tutur. Buna görə də ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Ölkəmizin ictimai-siyasi həyatında müstəsna rol oynayan partiyamız alternativsiz siyasi qüvvə kimi bu gün ön sırada gedir.

Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib və qüdrətli ölkəyə çevrilib. 2020-ci il sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi bunu bir daha sübut etdi. Xalq və ordu Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşərək, 30 il düşmən tapdağı altında olan torpaqlarımızı azad etdi. İndi Vətənimizin dilbər guşəsi olan Qarabağımız azad nəfəs alır. Burada görülən genişmiqyaslı tikinti-quruculuq işləri biz vətənpərvər azərbaycanlıları ürəkdən sevindirir. Bu torpaqların əzəli sahibləri yaşamaq, yaratmaq üçün doğma torpaqlara qayıdırlar. Bütün bunlar Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin bariz nümunəsidir.

Mən özüm Vətən müharibəsində şəhid olan kapitan, Şuşa fatehi Samir Mikayıllının atasıyam. Və dövlətimizin başçısı İlham Əliyevin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi hərtərəfli diqqət və qayğını hər an hiss edir, görürəm. Buna görə də Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə öz hədsiz təşəkkürini bildirirəm.

30 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasına, partiyanın sədrinə uğurlar arzulayıram.

Sabir SULTANOV,

RİH başçısının Salmanbəyli kənd

İnzibati ərazi dairəsi üzrə nümayəndəsi

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com