6.4 C
Aghjabadi

“Qayıtdıq, Şuşa” adlı ədəbi-bədii tədbir

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Şuşa ili”nə həsr olunmuş “Qayıtdıq, Şuşa” adlı tədbir keçirildi.
Ağcabədi rayon MKS-nin təşkilatçılığı ilə keçirilən tədbirdə Şuşanın tarixi, mədəniyyəti haqqında xeyli sayda yazıların və bəstələrin müəllifi Ağcabədi rayon Hacıbədəlli kənd Uşaq Musiqi məktəbinin direktoru Məhbubə Əliyevanın kitablarının və bəstələdiyi musiqi nümunələrinin təqdimatı oldu.
Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin, Regional Mədəniyyət İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Ağcabədi, Ağdam və Laçın rayonları üzrə mədəniyyət müəssisələrinin, Sumqayıt şəhər Musiqi Kollecinin rəhbərləri və əməkdaşları, mətbuat nümayəndələri iştirak edirdi.
Öncə dövlət himnimiz səsləndirildi. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva çıxış edərək, Məhbubə Əliyevanın yaradıcılığı haqqında məlumat verdi. Həmçinin çıxışçılar – Sumqayıt şəhər Musiqi Kollecinin müəllimi Nigar Musayeva, Xocavənd kənd uşaq musiqi məktəbinin direktoru İbadət Ağayev, Ağcabədi Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nizami Rza, Hacıbədəlli kənd uşaq musiqi məktəbinin müəllimi Tahirə İsmayılova, Ağcabədi rayon MKS-nin direktor müavini Təranə Məmmədova və digər tədbir iştirakçıları Məhbubə Əliyevanın yaradıcılığı haqqında ətraflı söhbət açdılar.
Sonra M. Əliyevanın öz sözlərinə, həmçinin digər şairlərin şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi.


PƏRVİN SAKİRQIZI

Fotolar Mais İbrahimov

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər