Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində Zəfər günü münasibətilə Hərbi Qənimətlər Parkına virtual ekskursiyaların təşkilinə başlanılıb. 28 oktyabr 2022-ci il tarixində M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbinin şagirdləri Mərkəzə ekskursiya ediblər. Ekskursiya zamanı Mərkəzin bələdçisi Səbinə Mamedova tərəfindən məktəblilərə “Qələbəmizin Ruhu Naminə” adlı sərgi, o cümlədən ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Ağcabədiyə səfərləri haqqında ətraflı məlumat verib. Daha sonra Mərkəzin direktoru səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən məktəblilərə 44 günlük haqq savaşımızdan və bu müharibədə rəşadətli Azərbaycan Ordusunun qələbəsidən, həmçinin düşməndən ələ keçirdiyimiz hərbi qənimətlərdən ətraflı bəhs edib. Sonda şagirdlərlə birlikdə Hərbi Qənimətlər Parkına onlayn ekuskursiya edilib.
“ARAN”