Yeni layihənin icrasına başlanılıb

Bugünlərdə “Ağcabədi rayon məktəblərində interaktiv rəqəmsal tədris platformalarının adaptasiyası” layihəsinin açılış mərasimi keçirilib. Şəhər 9 saylı tam orta məktəbində keçirilən tədbirdə sözügedən məktəbin direktoru Rizvan Quliyev, R.İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbinin direktoru Vüsalə Əliyeva və müəllimlər iştirak edib.
Layihənin əsas məqsədi “Kahoot”, “Quizlet” və “Pear Deck” kimi interaktiv rəqəmsal tədris platformaları üzrə yeni bilik və bacarıqlar öyrətməklə müəllimlərin interaktiv tədris alətlərini dərs prosesində tətbiq edərək şagirdlər arasında rəqəmsal öyrənməni inkişaf etdirməkdir.
Layihə əsasında hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olub.
Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com