5.6 C
Aghjabadi

​​ Soçi kurortundan bikef qayıdan Paşinyan

Oktyabr ayının 31-də Soçi şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti  Vladimir Putinin ikitərəfli işgüzar görüşü keçirilmişdir.

​Görüşdə bir çox aktual məsələlər, o cümlədən Azərbaycan və Ermənistan  arasındakı münaqişənin nizamlanması  məsələləri müzakirə edilmişdir.

​Rusiya Prezidenti görüş zamanı qeyd etmişdir ki, görüşün məqsədi 2020-ci və 2021-ci illərdə nail olduğumuz razılaşmaların yerinə yetirilməsi istiqamətində görülən işləri müzakirə etməkdir. Vladimir Putin Azərbaycan Prezidentinə xitabən deyib ki, Siz həmişə çıxışlarınızda vurğulayırsınız ki, Rusiya münaqişənin nizamlanmasında mühüm rol oynayır və təmas xəttində yerləşən sülhməramlı kontingentin fəaliyyətini müsbətdəyərləndirmisiniz. İndi isə biz hazırda yaranmış vəziyyət, həllini tapmamış məsələlərin həlli yollarını axtarmalı, müsbət nəticələr əldə etmək barədə konsesusa gəlməliyik. Rusiya Prezidenti onu da qeyd edib ki, Azərbaycan həmişə regionda münaqişənin çözülməsi istiqamətində fəal rol oynayır.

​Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüş zamanı Qarabağ münaqişəsinin nizamlanmasında Vladimir Putinə şəxsi səylərinə görə təşəkkür etmiş, Azərbaycanın həmişə dialoqa hazır olduğunu vurğulamış, irəli sürülən 5 müddəanın şərtlərinə daim əməl etməyə hazır olduğunu, 2020-ci ilin noyabr ayının 10-da Rusiyanın təşəbbüsü ilə əldə edilmiş razılaşmanın bütün bəndlərinin həyata keçirilməsində Rusiyanın, şəxsən Vladimir Putinin  obyektiv mövqeyinə ümid bəslədiyini bildirmişdir.

​Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli formatda görüş keçirilib.

​Soşi görüşləri göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyəti yenidən qələbə çaldı və Azərbaycan haqlı mövqeyi ilə siyasi oponentini susmağa məcbur etdi. Prezident bu prinsipial mövqeyi ilə həm Ermənistana, həm də onun havadarlarına bir daha göstərdi ki, məğlub ölkə kimi Ermənistanın Azərbaycanla hesablaşmaqdan başqa çarəsiyoxdur. Cənab Prezident bir daha vurğuladı ki,Azərbaycanın daxili işi olan Qarabağ məsələsi heç kimlə müzakirə edilmir. Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı çıxmaq mümkün deyil. Ölkəmiz haqlı mübarizə apardığı üçün   Beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir, 2-3 dövlət istisna olmaqla Beynəlxalq birlik Azərbaycanı dəstəkləyir.

​Görüşün sonunda daha bir bəyanat- Soçi bəyanatı razılaşdırıldı. Bu sənəddə də əvvəlki bəyanatlarda yer alan müddəaların icrasının vacibliyi bir daha öz təsdiqini tapdı.

​Böyük ümidlərlə Soçiyə “kurorta” gedən Paşinyan bikef halda qayıdaraq, yenidən ikinci “dayısı”  olan İrana üz tutdu.

 Nazim Bünyatov 

 YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər