Ədalətli müharibə İnamlı Qələbə ilə başa çatdı

Bir neçə gündən sonra “Zəfər günü”nün 2-ci ildönümü tamam olur.

​2020-ci ilin sentyabr ayının 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan əks- hücum əməliyyatı nəticəsində Müzəffər Ordumuz düşmən üzərində Qələbə çalaraq 30 illik işğala son qoydu. 

​​Lakin bu rəşadətli Qələbə heç də asan əldə edilməmişdir. Biz bu Qələbəyə illər boyu addım-addım yaxınlaşmışıq. Məhz Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladığı gündən təməli qoyulan inkişaf konsepsiyasının məntiqi sonluğu ikinci ildönümünü qeyd etdiyimiz Şanlı Qələbəmizin əldə edilməsi oldu.

​​Müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalan, iqtisadi və siyasi böhran məngənəsində çırpınan ölkəmiz yalnız güclü  bir Lider sayəsində düşdüyü  bəlalardan xilas ola bilərdi. 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin simasında xalq öz xilaskarına  qovuşdu. 

Heydər Əliyevin idarəçilik təcrübəsi tezliklə öz bəhrəsini verdi. Ölkədə başlamaqda olan vətəndaş müharibəsinin qarşısı alındı, aparılan diplomatik danışıqlar nəticəsində atəşkəsə nail olundu, Neft kontraktları bağlandı, dağılmış iqtisadiyyat tədricən bərpa edilməyə, ordu quruculuğu sahəsində ardıcıl və məqsədyönlü işlər görülməyə, ölkədə siyasi sabitlik bərqərar olmağa başlandı.

​​2003-cü ilin oktyabr ayından başlayaraq Ulu Öndər Heydər Əliyevin siyasi varisi,  xalqın dəstəyi ilə Prezident seçilmiş cənab İlham Əliyev həmin stratejixətti uğurla davam etdirdi. Həyata keçirilən iqtisadi islahatlar, dünyanın aparıcı dövlətləri ilə qurulan uğurlu əlaqələr, əhalinin maddi rifahının yüksəlməsinə hesablanan siyasət, həmçinin ordunun modernləşdirilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində məqsədyönlü islahatlar öz bəhrəsini verdi.​​​​​

30 ilə yaxın davam edən işğalın artıq Siyasi yollarla  həll edilə bilməyəcəyini görən Ali Baş Komandan İlham Əliyev Ermənistanın növbəli hərbi təxribatına adekvat  cavab vermək məcburiyyətində qaldı və beləliklə, başlanan Müharibə Azərbaycanın parlaq Qələbəsi ilə başa çatdı.

​​Müharibənin gedişində Ermənistanın havadarı olan ölkələr, Beynəlxalq təşkilatlar cənab İlham Əliyevə təzyiqlər edir, hər vəchlə Ermənistanı dəstəkləmək siyasəti həyata keçirirdilər. Lakin Azərbaycan Prezidenti Orduya və Xalqa güvənərək qətiyyətli və cəsarətli addımlar atır, əsl sərkərdə kimi hərbi əməliyyatlara rəhbərlik edir, siyasi müstəvidə fəal mübarizə aparırdı.

Beləliklə, cəmi 44 gün davam edən  müharibədə  Ordumuz düşməni diz çökdürdü, məğlub edilməz Ermənistan  ordusu barəsində illər boyu yaradılmış “mif”ə son qoyuldu. Təlimatlandırılaraq Azərbaycanagöndərilmiş dünyanın tanınmış televiziya kanallarınınvə mediya nümayəndələri ilə müsahibələrində cənab Prezident yüksək intellektə, hərtərəfli siyasi-diplomatik hazırlığa və  fenomenal biliyə malik olduğunu bir daha nümayiş etdirdi, mübarizəmizin haqq işi olduğunu dünyaya bəyan etdi.

Zəfər Qələbəsi Ermənistanın işğalçı, Beynəlxalq konvensiyalara və müharibə qanunlarına məhəl qoymayan, dinc əhaliyə qarşı genosid siyasəti həyata keçirən, yaşayış məntəqələrini ağır artilleriya və raketlərlə atəşə tutan, yüzlərlə dinc əhalinin, o cümlədən qadın və uşaqların ölümü ilə nəticələnən, qeyri humanist bir ölkə olduğunu nümayiş etdirdi.

Bu müharibə sayəsində tarixdə ilk dəfə olaraqAzərbaycan əsrlər boyu, zaman-zaman itirdiyi torpaqları geri qaytarmağa müvəffəq oldu.

Minlərlə şəhidinin canı və qazilərin qanı bahasına əldə edilən bu qələbə tarixi bir Zəfər idi. Bu qələbə 30 il ərzində günahsız qətlə yetirilmiş minlərlə vətəndaşlarımızın qisası idi.

Hazırda işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş, quruculuq,bərpa və abadlıq işləri həyata keçirilir. Yollar çəkilir, elektrik stansiyaları, hava limanları tikilir, həyat üçün lazım olan bütün infrastrukturlar yaradılır, uzun müddət qaçqın və köçkün həyatı yaşamış sakinlər tədricən doğma yurd-yuvalarına qayıdır.

Bu növrağı gözü götürməyən qüvvələr hələ də öz çirkin niyyətlərindən əl çəkməyiblər. Lakin artıq olar da dərk edirlər ki, ədalətin kəndiri nazilər, lakin qırılmaz.

Mən sonda Zəfər Qələbəsinin 2-ci ildönümü münasibətilə xalqımızı və dünya Azərbaycanlılarını təbrik edir, bu qələbə sevincini bizə yaşadan şəhidlərimizə allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. 

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com