“Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə
“Regionlarda tək valideynli ailələrin hüquqi, sosial və psixoloji
problemlərinin həllinə dəstək” Layihəsini həyata keçirir. Layihə rəhəbəri
Nuriyyə Abbasova çıxış edərək Layihə regionlardan olan qadınların psixo-
sosial və hüquqi problemlərinin həllində dəstək xidmətlərinin
göstərilməsindən bəhs edir.
Həyata keçirilən layihə vasitəsilə tək valideynli
ailələrdən olan qadınlarla görüşlər keçirilir, onların sosial, psixoloji və
hüquqi problemləri araşdırılaraq aidiyyatı üzrə dəstək xidmətləri həyata
keçirilir. Layihənin məqsədi regionlarda tək valideynli ailələrdən olan, ailə
qayğısından məhrum olma riski altında olan uşaqların ailələrinə psixoloji
xidmət göstərərək valideynlik bacarıqlarının, sosial təminat biliklərinin
artırılması, hüquqi problemlərinin həll olunması yolu ilə onların ailə
bütövlüyünü qorumaq və uşaqların ailə mühitində sağlam və təhlükəsiz
inkişafını təmin etməkdir. Layihədən regionlarda olan 150 nəfər 18-50
yaşlarında aztəminatlı ailələrdən olan qadınlar faydalanacaqdır. Layihə
həmçinin həmin ailələrin uşaqları və sosial əhatəsini də ehtiva edir.
Layihə çərçivəsində oktyabr və noyabr aylarında Ağdam, Bərdə,
Ağcabədi, Tərtər və Goranboy rayonlarında “Qadınlar arasında psixoloji
sağlamlq problemləri ilə bağlı maarifləndirmə aparılması və emosional
gərginlik hallarında özlərinə dəstək və bacarıqların öyrədilməsi”
mövzusunda təlimlər keçirilmişdir. Eyni zamanda Layihənin sosial işçisi
hüquqi, sosial və psixoloji yardıma ehtiyacı olan ailələrin vəziyyətini
qiymətləndirmişdir. Layihənin hüquqşünası tərəfindən hüquqi yardıma
ehtiyacı olan qadınlara hüquqi məsləhtlər verilmiş, adlarından iddia ərizələri
və şikayətlər hazırlanmışdır. 2 ay müddətində həyata keçirilən layihə
çərçivəsində qadın və uşaqlara hüquqi, sosial və psixoloji xidmət
göstərilmişdir. Layihə noyabr ayının sonunda başa çatacaqdır.