5.6 C
Aghjabadi

Ağcabədidə Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilir

Zəfər Günü münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən noyabrın 7-də rayonunun Muğanlı kəndində tədbir keçirildi. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Tahir Rzayev, YAP -Ağcabədi Rayon Təşkilatının sədri, hüquq – mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak etdilər.
Dövlət himnimiz səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İcra başçısı Rafil Hüseynov çıxışı zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında düşməni lərzəyə gətirməsindən, ordu, xalq birliyindən söz açdı.
İcra başçısı çıxışında onu da qeyd etdi ki, bugünlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən rayonumuzdan olan 12 şəhid 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.
Daha sonra çıxış edən Millət vəkili Tahir Rzayev və başqaları haqq savaşımızda Azərbaycan Ordusunun öz gücünü bütün dünyaya göstərməsindən söz açdılar, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdilər.


Tədbir daha sonra Hindarx qəsəbəsindəki Şəhidlər Xiyabanında davam etdi. Çıxış edən rayon rəhbəri Rafil Hüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında, eləcə də diplomatik arenada göstərilən gücümüzdən söz açdı.
Millət vəkili Tahir Rzayev və şəhid valideynlərinin çıxışlarından sonra tədbir, məktəblilərin ifasında Zəfər gününə həsr olunmuş şeirlərlə davam etdi.


Zəfər günü həmçinin Hacıbədəlli kəndində, birinci və ikinci Qarabağ müharibəsində mərdliklə savaşaraq şəhadətə ucalan kənd şəhidlərinin əziz xatirəsinə inşa edilmiş xatirə bulağının qarşısında qeyd edildi. İcra başçısı Rafil Hüseynov, millət vəkili Tahir Rzayev dəmir yumruğun gücündən, söz açdılar, şəhidlərimizin əbədiyaşarlığını, onların ömür yolunun gələcək nəsillər üçün bir məktəb olduğunu vurğuladılar.


Tədbir iştirakçıları daha sonra Ağcabədi Qəhrəmanlar Parkında şəhid Məhəmməd Məmmədovun anım mərasimində iştirak etdilər, onun döyüş yolundan danışdılar, ruhuna dualar oxudular.


Yekunda Zəfər prospektdə ağacəkmə aksiyası keçirildi.

Pərvin Şakirqızı

Fotolar Mais İbrahimovundur

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər