Ağdamda şəhidlərin xatirəsinə həsr olunmuş voleybol yarışının qalibi məlum olub

Ağdamda torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə həsr olunmuş “Şəhidlər ölməzdir” adlı voleybol yarışı başa çatıb.

Yarışda Ağcabədi rayonunun Qaraxanlı, Ağdam rayonunun Mahrızlı, Zəngişalı, Qaradağlı, Xındırıstan, Üçoğlan, Bənövşələr, Baharlı kənd və qəsəbələrinin gənclərdən ibarət komandaları mübarizə aparıb. Yekun nəticəyə əsasən Mahrızlı komandası birinci, Xındırıstan komandası ikinci, Üçoğlan komandası üçüncü yerə layiq görülüb.

Qalib komandalara kubok və fəxri fərmanlar verilib. Yarışın qalibi olmuş Mahrızlı kənd komandasının üzvləri Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət edib, kuboku muzeyə hədiyyə ediblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər