6.4 C
Aghjabadi

“Qəbələ”nin baş məşqçisi: “Bizim evdə hücumçular qızlarımdır” – MÜSAHİBƏ

“Aranqezeti.az”  saytının “TAM ŞƏXSİ” rubrikasının budəfəki qonağı futbolçu kimi ölkənin əsas yığmasının və iddialı elita klublarının şərəfini qorumuş, hazırda isə fəaliyyətini “Qəbələ”nin baş məşqçisi kimi davam etdirən Elmar Baxşıyevdir.

– Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi?

– Anam mən bir yaşında ikən dünyasını dəyişdiyindən məni və digər iki qardaşımı nənəm saxlayıb. Hər iki qardaşım elm sahəsinə üstünlük verdiyindən nənəm mənim də onların yolu ilə getməyimi istəyirdi. Atamın futbolçu olmaq istəyimə yanaşması isə normal idi.

–  Deməli, hər iki qardaşınız idmandan uzaqdır?

–  Ailəmizdə idmanla yalnız mən məşğul olurdum. Dediyim kimi, hər iki qardaşım ali təhsil almağa üstünlük vermişdi. İndi biri Bakıda, biri isə ölkə xaricində yaşayır.

–  Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?

–  Yox, hər şey qarşılıqlı istək əsasında olduğundan bu cür problem yaşanmamışdı.

–  Futbol adamları  əksər hallarda evdən uzaqda olur. Bu hal ailənizdə nə kimi problem yaradırdı?

–  Elə ciddi problem yaşamamışam. Bunun pis tərəfi odur ki, adam övladlarının böyüdüyünü görmür. Məsələn, elə vaxtlar olurdu ki, evə gələndə balaca qızım məni tanımırdı.

– Dayaq yarımmüdafiəçisi olmuş Elmar Baxşıyev ailəsinin də dayağı ola bilirmi?

– İdeal ailə başçısı olduğumu iddia edə bilmərəm, amma mümkün qədər ailəm üçün hər şeyin ən yaxşısını etməyə çalışıram.

– Evdə necə, yarımmüdafiəçisiniz, yoxsa hücumçu?

– Bizim evdə hücumçular qızlarımdır (gülür – T.M.).

– Yeri gəlmişkən, neçə övladınız var?

– İki qız və bir oğul atasıyam.

– Maraqlıdır, oğlunuzun futbolçu olmasını istərdinizmi?

– Futbolçu olmaq istəyi özündə olmasa, mümkün deyil. Mənim arzulamağımla bu peşəyə yiyələnə bilməz.

– Futbolçulardan kimlərlə ailəvi münasibətiniz var?

– Karyerasını başa vuranlardan Zaur Həşimovla, hazırda futbolçu həyatını davam etdirənlərdən isə “Neftçi”nin şərəfini qoruyan Mirhüseyn Seyidov və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevlə ailəvi münasibətlərimiz var.

– Uşaqlıq dostlarınızdan necə, kimlərləsə hələ də dostluq münasibətləriniz qalırmı?

– Bəli, elə dostlarım var ki, uşaq yaşlarında qurulan dostluq münasibətlərimiz hələ də davam edir.

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz.

– Uşaq futbolunda maraqlı bir hadisə yaşanmışdı. Yoldaşlıq oyunu zamanı rəqib azlıqda qalsa da, bizdən çox üstün oyanyırdı. Qarşılaşmanın gedişində təsadüfən rəqibin heyətindəki oyunçu sayına nəzər yetirəndə qarşı tərəfin 12 futbolçu ilə çıxış etdiyini görmüşdük.

Söhbətləşdi: Tural Məmmədov

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər