“Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları”

Noyabrın 11-də Ağcabədi Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə Təhsil Sektorunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

M.F.Axundov adına şəhər 3 saylı məktəb -liseydə təşkil olunan tədbirdə təşkilatçı qurumların əməkdaşları, sözügedən məktəbin müəllimləri və 8-11-ci sinif şagirdləriiştirak ediblər. 

Görüşdə çıxış edən Ağcabədi RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova 20 noyabr 1989-cu ildə BMT Baş Məclisi tərəfindən uşaq hüquqları haqqında Konvensiyanın qəbul olunduğunu və  20 oktyabr- 20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan edildiyini bildirib. Qeyd olunub ki, tədbirlərin keçirilməsində əsas məqsəd aidiyyatı qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının artırılması, onlara qarşı zorakılığın, erkən nikahın və bu kimi digər halların qarşısının alınmasından ibarətdir. 

Yekunda təhsil sektorunun əməkdaşı Rəna Abdullayeva və Vüsalə Məmmədova iştirakçılar tərəfindən ünvanlanan sualları cavablandırıb. 

Rəmziyyə Həsənova

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com