6.4 C
Aghjabadi

Uğurlarımızın hüquqi təminatçısı Azərbaycanın ilk demokratik Konstitusiyasıdır

Dovlət quruculuğunda gələcək inkişafa, sabitliyə və beynəlxalq nüfuza nail olmaq üçün mütərəqqi və ədalətli qanunvericilik sisteminin olması və ölkənin konistitusiya quruluşu əsas şərtdir.

Azərbaycanın müstəqil dövlətçilik tarixinin şanlı səhifəsinin açıldığı 1918-ci il mayın 28-də gənc Cümhuriyyət üçün böyük tarixi əhəmiyyət kəsb edən və ilk konstitusiya aktı sayılacaq İstiqlal Bəyannaməsi qəbul edilmişdir. Sovet işğalından sonra Azərbaycanda bir neçə dəfə sovet rejiminə uyğunlaşdırılmış konstitusiyalar qəbul edilmişdir. Lakin bu konstitusiyalar ittifaq konstitusiyasından köçürmə idi. Yalnız 1978-ci il konstitusiyası mahiyyətcə əvvəlkilərdən fərqlənməsə də, həmin sənəd, Azərbaycan dilində yazılması və Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi kimi tarixi əhəmiyyətə malik idi. Bu, həmin vaxtlar respublikaya rəhbərlik edən Ulu Öndərimiz Heydər Əliyevin əzmkarlığının və siyasi uzaqgörənliyinin nəticəsi idi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra miras qalmış Konstitusiya, hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun tələblərinə cavab vermirdi. Ölkəmizin müstəqil və demokratik inkişaf modelini formalaşdıracaq mükəmməl və beynəlxalq dəyərlərə söykənən qanunvericilik toplusunun yaradılmasına böyük ehtiyac var idi.

Müstəqillik əldə edildikdən  sonra Azərbaycanda yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi, qanunvericilik islahatlarını da arxa plana keçirmişdi. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı qanunvericilik sahəsində boşluqların aradan qaldırılmasını sürətləndirdi. Konstitusiya layihəsinin hazırlanması üçün Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan Komissiyanın tərkibinə qanunvericilik, icra və hüquq mühafizə orqanlarının nümayəndələri, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər və filosoflar daxil edilmişdi.

Ümummilli Lider Heydər Əliyev komissiyanın ilk iclasında çıxış edərək müstəqil Azərbaycanın yeni konstitusiyasının hazırlanmasının əsas istiqamətləri barədə ətraflı məlumat vermişdi. Ulu Öndər yeni konstitusiyanın ümumi prinsipləri  haqqında bildirirdi ki, “Tarixi keçmişə nəzər salmaqla yanaşı, ümumbəşər dəyərlərdən, dünyanın demokratik dövlətlərinin nailiyyətlərindən bəhrələnməliyik. Konstitusiya dövlətlə, hakimiyyətlə, xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü xalqın iradəsinə söykənməlidir”.

Komissiya qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin təcrübəsini öyrənərək, layihə hazırlayıb ictimai müzakirəyə təqdim etdi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Məhz ümumxalq səsverməsi vasitəsi ilə qəbul edilməsi, Yeni Konstitusiyanın ən demokratik olduğunu, əhalinin bütün təbəqələrinin mənafeyini təmsil etdiyini sübut edir.

Dövlətçiliyimizin, müstəqilliyimizin və bütün uğurlarımızın hüquqi təminatçısı Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycanın ilk demokratik Konstitusiyasıdır.

 Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər