Əkin mövsümü başlayandan meşə fondu torpaqlarında 400 mindən çox ağac əkilib

Payız əkin mövsümü başlayandan bu günədək ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək sahələrində meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 405 min ağac əkilib, 18 ton toxum səpilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov  bildirib ki, payız əkin planına uyğun olaraq bu gün Zaqatala, Şəki, Qəbələ, Quba, Ağcabədi, Tovuz, Şəmkir, Göygöl, Sabirabad, Lənkəran, Masallı rayonlarının meşə fondu torpaqlarının 31 hektar ərazisində 35 min ağac əkilib, min kiloqram toxum səpilib: “Payız ağac əkini ilə əlaqədar ölkə ərazisində meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir”.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com