Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək qeyri-formal məşğulluq və onun sosial-iqtisadi inkişafa mənfi təsirləri haqqında ətraflı söhbət açıb. Bildirib ki, qeyri-formal məşğulluq kölgə iqtisadiyyatının əsas göstəricisidir. İşçi ilə qeyri-formal əmək münasibətləri işəgötürənin vergi və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədinə xidmət edir. Lakin belə hallar işçinin gələcək sosial müdafiə hüquqlarını, pensiya təminatını sual altında qoyur, hətta iş yerində bədbəxt hadisə zamanı xəsarət aldıqda belə onun köməksiz vəziyyətdə qalmasına səbəb olur. Digər tərəfdən qeyri-formal məşğulluq dövlət büdcəsi daxilolmalarına ciddi ziyan vurur. Eyni zamanda, qeyri-formal məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.