“Uşaqları birlikdə qoruyaq”


​Noyabrın 17-də “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin  təşkilatçılığı ilə “Müharibənin təsirinə məruz qalmış bölgələrdə uşaqlara psixoloji dəstəyin göstərilməsinin gücləndirilməsi” layihəsi əsasında seminar keçirilib. Seminarda rayonun ümumtəhsil məktəblərinin psixoloqları və uşaq birliyinin rəhbərləri iştirak ediblər. 

​YAP Ağcabədi rayon təşkilatının binasında keçirilən tədbirdə çıxış edən İctimai Birliyin sədri Zaur Quliyev  iştirakçılara uğurlar arzulayıb, layihə əsasında həyata keçirilən fəaliyyətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihə əsasında təşkil olunan  “Uşaqları birlikdə qoruyaq” seminarı sonuncudur. Z.Quliyev göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. 

​Sonra layihə üzrə ekspert Elmira Mirzəyeva çıxış edərək, layihənin əsas məqsədinin müharibənin təsirinə məruz qalmış rayonlarda postmüharibə dövründə uşaqların psixoloji vəziyyəti, onlarda yaranan stressin, gərginliyin aradan qaldırılması, şəhid və qazi ailələrinə, övladlarına göstərilən psixoloji xidmətlər və s. olduğunu bildirib.  

Seminar qarşılıqlı müzakirələr şəklində davam etdirilib. 

Yekunda iştirakçılara sertifikatlar  təqdim olunub.

Rəmziyyə Həsənova

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com