Noyabrın 21-də Poladlı kəndində gənclərlə görüş keçirilib

 Görüşdə çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov  gənclərin sağlam mühitdə böyüməsi, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün dövlətimiz tərəfindən davamlı aparılan tədbirlər haqqında məlumat verib. E. Qənbərov gənclərin sosiallaşması, inkişaf bacarıqlarının artırılmasına yönəldilmiş layihələr, kəndlərdə həyata keçirilən  idman və  intellektual yarışlar, eləcə də gənclərlə görüşlər barədə  danışıb. Qeyd olunub ki, yaradılan imkanlardan ucqar kəndlərdə yaşayan gənclərin də xəbərdar olması üçün müxtəlif layihələr həyata keçirlir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com