Noyabrın 22-də Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”icrasının təmin edilməsi məqsədilə Ağcabədi rayonun Pərioğlular və Cəfərbəyli kəndlərində əhali arasında maarifləndirmə işləri aparılıb.
Maarifləndiməni Ağcabədi RİHB-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin baş məsləhətçisi Əlizamin Qarayev , adı çəkilən kəndlərin icra nümayəndələri və Qida Təhlükəsizliyi Agentliyinin Ucar regional bölməsinin sektor müdiri Coşqun Məhəmmədov keçirib.
Maarifləndirmə tədbiri həmçinin Ağcabədi rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşıyıb.
Əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanıb. Əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib. Bundan başqa, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar da diqqətə çatdırılıb.