6.4 C
Aghjabadi

Vətəndaş məmnunluğu başlıca vəzifədir

Respublikanın digər bölgələrində olduğu kimi, Ağcabədidə də vətəndaşların müraciətlərinə rayon icra hakimiyyəti tərəfindən həssaslıqla yanaşılır və həlli istiqamətində lazımi addımlar atılır.

Cari ilin yanvar-oktyabr aylarında Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatına yazılı və şifahi formada daxil olmuş vətəndaş müraciətlərinə baxılması, əhalini narahat edən problemlərin yerində öyrənilməsi, onların yaranma səbəblərinin araşdırılması və təhlili sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər həyata keçirilib, haqlı tələblər qanunvericiliyə uyğun təmin edilib və nəticəsi barədə aidiyyəti üzrə cavab verilib. Bununla bağlı RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mərdəli Quliyev məlumat verib. O, bildirib ki, müvafiq müddət ərzində rayon icra hakimiyyətinə vətəndaşlardan daxil olmuş müraciətlərin növlər üzrə təsnifatı göstərir ki, rayonun şəhər, qəsəbə və kəndlərindən ünvanlanmış və baxılması üçün göndərilmiş 1808 ədəd yazılı müraciətə baxılıb. Cari ildə yuxarı instansiyalara ünvanlanmış vətəndaş müraciətləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 634 ədəd, yəni 1,8 dəfə azalıb. Vətəndaş müraciətlərindən 542 ədədi Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 34 ədədi Milli Məclisdən, 83 ədədi Nazirlər Kabinetindən və 168 ədədi isə digər Mərkəzi İcra Hakimiyyəti orqanlarından daxil olub. Prezident Administrasiyasına ünvanlanmış vətəndaş müraciətləri keçən ilin dövrü ilə müqayisədə 410 ədəd, yəni 1,8 dəfə az olub.

Bu ilin yanvar-oktyabr aylarında daxil olan 1808 ədəd vətəndaş müraciətlərinin 73 ədədinə nəzarət qaydasında, 1735 ədədinə isə nəzarətə alınmadan baxılıb. Daxil olan müraciətlərin 538 ədədi öz müsbət həllini tapıb, 17 ədədi qismən həll edilib, 34 ədədi əsassız hesab olunub, 1092 ədədinə müvafiq izahat verilib və 88 ədədi icradadır. Həmçinin 10 ədədi baxılmaq üçün aidiyyəti təşkilatlara göndərilib və 28 ədədi eyni məzmunlu təkrar olduğu üçün baxılmamış saxlanılıb.

Cari ildə daxil olmuş 1808 ədəd vətəndaş müraciətlərindən 252 ədədi (14%) fərdi və kollektiv qaydada olan təkrar müraciətlərdir. Təkrar müraciətlərin yaranma səbəbi qaldırılan məsələlərin həllinin rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olmaması ilə bağlıdır.

Müvafiq dövr ərzində ən çox vətəndaş müraciətləri sosial-müdafiə məsələləridir. Daxil olan 442 ədəd müraciət ümumilikdə ərizə və şikayətlərin 24,4%-i təşkil edir, ondan 194 (44%) ədədi işlə bağlı, 168 (38%) ədədi birdəfəlik maddi yardım, 34 (8%) ədədi ünvanlı sosial yardım və qalan 46 ədədi isə digər problemlərlə  bağlı olub.

Bunların içərisində Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və ehtiyata buraxılmış hərbi qulluqçularının sosial-müdafiə məsələləri ilə bağlı müraciətlər də var.

2022-ci ilin yanvar-oktyabr aylarında rayon icra hakimiyyətinə Vətən müharibəsi iştirakçıları, şəhid ailələri və ehtiyata buraxılmış hərbi qulluqçulardan 182 ədəd (10%) yazılı müraciətlər daxil olub. Müraciətlərdə əsas mövzu işlə təmin olunma, özünəməşğulluq proqramına cəlb edilmələri, maddi köməklik, mənzil növbəliyinə götürülmə, kirayə haqqının verilməsi, əlilliyinin müəyyən edilməsi, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması və digər məsələlər olub. Onlardan 15 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi qazisi rayon icra hakimiyyətində mənzil növbəliyinə götürülüb, 291 nəfərinə maddi köməklik göstərilib, 17 nəfər ehtiyata buraxılmış hərbi qulluqçuya kirayə haqqı hesablanaraq ödənilir və digərlərinin ərizələri qanunamüvafiq qaydada baxılması üçün aidiyyəti qurumlara göndərilib.

Cari ildə rayon icra hakimiyyəti başçısının, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyələrin fəaliyyəti barədə vətəndaşlardan 159 ədəd (8,8%) yazılı müraciət daxil olub. Onlardan 56 ədədi qəyyumluq və övladlığa götürmə, 33 ədədi bələdiyyələrin fəaliyyəti, 22 ədədi nikah yaşının azaldılması, 20 ədədi ad və soyadın dəyişdirilməsi, 8 ədədi isə rayon rəhbərinin fəaliyyəti və qalan 14 ədəd digər məsələlərlə bağlı olub.

Daxil olunan müraciətlərdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, vətəndaşlar fərdi və kollektiv qaydada ünvanladıqları müraciətlərində ərizələrinə operativ qaydada baxılaraq cavab verilməsinə, problemlərin müsbət həllində lazımi köməkliklərin göstərilməsinə görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Vətəndaşların müraciətlərinə baxılması və şifahi qəbulu həftənin bütün günləri daxil olmaqla Müraciətlərə Operativ Baxılma (MOB) mərkəzi vasitəsi ilə həyata keçirilir.

2022-ci ilin yanvar-oktyabr aylarında Müraciətlərə Operativ Baxılma (MOB) mərkəzinə 1437 ədəd vətəndaş müraciətləri daxil olub. Sakinlər tərəfindən MOB-a daxil olan müraciətlərin 1120 ədədi (78%) müsbət həll olunub, 117 ədədi (8%) qismən təmin olunub, 71 ədədi (5%) araşdırma nəticəsində əsassız olduğu üçün imtina edilib,129 ədədi (9%) rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı üçün müvafiq qanunvericilik qaydaları ətraflı izah edilməklə lazımi istiqamət verilib.

Aparılan təhlillər nəticəsində müəyyən olunmuşdur ki, müvafiq dövr ərzində rayon icra hakimiyyətinə daxil olan yazılı və Müraciətlərə Operativ Baxılma (MOB) mərkəzinə olunan şifahi müraciətlərdə ən çox mövzü işsizlik, suvrma suyu, içməli su təchizatı, ünvanlı sosial yardım, fərdi yaşayış evinin tikintisi, sahibkarlıq məqsədi və əkin üçün bələdiyyələrdən torpaq sahələrinin ayrılması, əlillik dərəcəsinin təyin edilməsi, birdəfəlik maddi yardım, qəyyumluq və övladlığa götürmə, ailə, qadın və uşaq problemləri və digər problemlər olub.     

Bu ilin mart-oktyabr aylarında Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən pandemiya qaydaları gözlənilməklə 32 qəbul keçirilib, 1157 nəfəri əyani, onlayn qaydada isə 57 nəfər olmaqla cəmi 1214 vətəndaş qəbul edilib. İcra başçısı tərəfindən müvafiq yerlərdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 33 səyyar qəbul keçirilib, 2040 nəfər vətəndaş iştirak edib,181 sakin müraciət edib və 188 məsələ qaldırılıb. Onlardan 66 ədədi müsbət həllini tapıb, 99 ədədinə qanunamüvafiq qaydada cavab verilib, 16 ədədinin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb, 5 ədədi icraata götürülüb və 2 ədədinin həlli regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulub.

Səyyar qəbullarda qaldırılan məsələlər əsasən suvarma suyu, içməli su, subartezian quyularının qazılması, bərpası, sahibkarlıq obyekti və əkin üçün torpaq sahəsinin ayrılması, qaz çəkilişi, elektrik xətlərinin kabelləşməsi və sair məsələlər olub. Problemlərin bir qismi yerindəcə həll edilib və digər məsələrlə bağlı aidiyyəti qurumlar qarşısında tapşırıqlar verilib və həllinə qismən nail olunub.

Bundan sonra da vətəndaşların qəbullarının təşkili, əhalini narahat edən problemlərin yerindəcə araşdırılması, ərizə və şikayətlərinə baxılması, onların haqlı tələblərinin həll olunması istiqamətində lazımi tədbirlər görüləcəkdir.

Hazırladı: Hüseyn QULUZADƏ

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər