Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır.
Hazırda Mərkəzin 55 rayonda nümayəndəlikləri fəaliyyət göstərir ki, nümayəndəliklərdən biridə Ağcabədi nümayəndəliyidir. 24 noyabr 2019-cu ildə Ağcabədi nümayəndəliyi fəaliyyətə başlayıb və 3 ildir ki, Ağcabədi gəncləri üçün fəaliyyət göstərir.
Ağcabədi gəncləri 3 ilinin tamam olması münasibətilə “Birİnci” adlı tədbir həyata keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra gənclər “Birİnci” tədbiri çərçivəsində hazırladıqları bir neçə səhnələrin təqdim ediblər. Tədbir musiqi proqramı və müxtəlif oyunlarla davam edib.