RİH yanında İctimai Şura və “Aran” qəzetinin rəhbərləri tələbələrlə görüşüb

  

      Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura və  “Aran” qəzetinin birgə təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecinin tələbələri ilə görüş keçirilib.

    Kollecin direktoru Mirələm İbrahimov tədbiri giriş sözü ilə açıb. O, qonaqları salamlayıb və  görüşün mahiyyəti haqqında tələbələrə məlumat verib.

   Sonra  RİH yanında İctimai Şuranın sədri Vaqif Qarayev çıxış edərək İctimai Şura, onun öhdəsinə düşən vəzifələr haqqında ümumi məlumatı diqqətə çatdırıb və onu da bildirib ki, şura üzvləri tərəfindən müxtəlif kateqoriyadan olan insanlarla görüşlər keçirilir, onların sosial vəziyyəti öyrənilir, bunun həlli üçün aidiyyəti qurumlara müraciətlər olunur. Bugünkü görüş isə məhz gənclərlə nəzərdə tutulub. Odur ki, bu görüşdə məqsəd həm şuranın fəaliyyəti ilə tələbələri tanış etmək, həm də onların ictimai iştirakçılığına şərait yaratmaq,  gələcəkdə də əlaqələri davam etdirməkdir.

    Sonra “Aran” qəzetinin redaktoru, İctimai Şuranın üzvü Məhsəti Musa çıxış edib. O, “Aran” qəzetinin fəaliyyəti ilə bağlı gənclərə məlumat verib. Qeyd olunub ki, əvvəllər ayda bir dəfə, 400-500 nüsxə tirajla çıxan qəzet indi  həftədə 2 dəfə 3000 nüsxə tirajla çap olunur. Qəzetin saytı, sosial şəbəkə hesabları var. Həmçinin qəzetin nəzdində  Aran Ağcabədi adlı internet televiziyası fəaliyyət göstərir. O, gəncləri qəzetlə əməkdaşlıq etməyə, öz yaradıcılıq nümunələrini, uğurlarını bölüşməyə dəvət edib. Həmçinin İctimai Şuranın tədbirlərində iştirak etməyə,  ictimai həyatda fəal olmağa çağırıb.

     Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com