6.4 C
Aghjabadi

Anti-Azərbaycan təbliğatı İranın dəyişməz siyasətidir

  Azərbaycan bütün ölkələrlə o, cümlədən qonşuları ilə problemsiz münasibətlərin formalaşmasında maraqlıdır. Təəssüf ki, Azərbaycanın yerləşdiyi bölgədə qonşu olduğu dövlətlər bizim ortaya qoyduğumuz münasibətlərə cavab verə biləcək siyasət yürütmür. 

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən bu günə çətin və şərəfli bir yol keçmişdir. Ermənistanla uzun illər davam edən münaqişəyə münasibətdə bəzi ölkələr haqlının yerinə haqsızı müdafiə etməyi seçdilər. Bu dövrdə İrandan da ölkəmizə qarşı daim soyuq münasibət görmüşük. Bu soyuqluğu doğuran səbələr farsların min ilə yaxın türklər tərəfindən idarə edilməsini həzm edə bilməmələri və İranın Azərbaycan dövlətinə qarşı əsassız iddialarıdır. 

İranın Azərbaycana qarşı təbliğat maşınının yeni olmadığı, tarix boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürütdüyü hamımıza məlumdur. Azərbaycan və Türkiyə demokratikləşdikcə İran daha da qıcıqlanır. İran üçün, xüsusilə də molla rejimi üçün ölkə sərhədlərində demokratik, insan haqlarının qorunmasına dayanan bir dövlətin yaranması qorxulu bir amil olaraq qəbul olunub. Rejim hesab edir ki, əgər belə ölkələrin sayı artarsa, o zaman onların xalqları üzərində hökümranlıq edən dini dövlət çökə bilər, yaxud da rejim ölkədaxilindəki müxalif qüvvələrin əli ilə yıxıla bilər. Bu onlar üçün ən qorxulu amildir. Ona görə də müstəqil Azərbaycan dövlətini daim təhdidlər altında saxlamağa çalışırlar. 

İranın Azərbaycana münasibəti Ermənistanla qurduğu iqtisadi-siyasi və diplomatik münasibətlər fonunda açıq şəkildə ortaya çıxır. Bu gün İran Ermənistanı qazla təmin etməklə yanaşı, bu işğalçı ölkənin iqtisadi baxımdan ayaqda durmasında ciddi rol oynayır. İşğal altında olan ərazilərdəki evləri ermənilər dağıtsalar da, oranın viranəyə çevrilməsində İran birbaşa iştirak edirdi. 

Hələ Birinci Qarabağ Müharibəsinin gedişində Azərbaycanla dini həmrəylik nümayiş etdirmək əvəzinə, İslam Respublikası işğalçı Ermənistana iqtisadi və hərbi dəstək verdi. Bununla yanaşı, 1994-cü ildə imzalanmış müvəqqəti atəşkəsdən sonra Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında rol oynadı. İslam dini və şiə təriqətinin müdafiəçisi kimi çıxış edən bu ölkə Qarabağdakı məscidlərin viran edilməsi, dağıdılması, tövlə kimi istifadə olunmasına və digər vandalizm aktlarına göz yumaraq İran adına utancverici mövqesizlik nümayiş etdirdi. 

44 günlük Vətən Müharibəsinin başlaması ermənilər kimi  İran üçün də tamamilə gözlənilməz oldu.  İran hakimiyyəti Azərbaycan Ordusunun qalibiyyətli hücumunu dayandırmaq üçün Ermənistan hakimiyyətinə hər cür köməklik göstərməyə çalışmışdır. Vətən savaşında Ermənistana gizli dəstək verən İran son zamanlarda ermənilərə açıq şəkildə hərbi-siyasi dəstəyini də gizlətmir.

​İran Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra Zəngəzur dəhlizi ilə bağlı müxtəlif rəsmi səviyyələrdə dəfələrlə açıqlamalar, bəyanatlar verib, region ölkələrinin ərazi bütövlüyünün, İran-Ermənistan sərhədinin toxunulmazlığına xüsusi əhəmiyyət verdiyini səsləndirir. Təəssüf ki, bu həssaslıq yalnız Ermənistana münasibətdə özünü biruzə verir.  

Regionun əsas oyunçularından birinə çevrilmiş Azərbaycan İranın qeyri-səmimi siyasətini görür və buna qarşı həmişə ehtiyat tədbirlər mövcuddur.

Daxili iğtişaşlardan əziyyət çəkən və öz xalqına normal güzaran yarada bilməyən İran rejimi anlamalıdır ki, Azərbaycana, onun müsəlman əhalisinə xəyanət edən İran sonunda bu xainliyin qurbanına çevrilə bilər.

Rövşən Əhmədov 

YAP Ağcabədi rayon təşkilatının sədri.

Xəbər lenti

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

Şərhlər