Ermənistanın cinayətləri beynəlxalq hüquq normalarının Pozulmasıdır

    Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması vacib amildir. Bu cinayətlər barədə Prezident ilham Əliyev 15 noyabrda Albaniyada rəsmi səfər zamanı mətbuata verdiyi bəyanatla beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırdı.

Ermənistanın təcavüzü nəticəsində minlərlə azərbaycanlı ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. 

Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ işğal edildi. Bu BMT Nizamnaməsini kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana birləşdirməyə çalışan təcavüzkar dövlətin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və işğalçılıq siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. 

Ermənistanın ərazi iddiası obyekti olan Qarabağın dağlıq bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bütün dövrlərdə olduğu kimi ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur.

Azərbaycan mütəmadi olaraq beynəlxalq ictimaiyyəti Ermənistanın ərazilərimizin işğalının möhkəmləndirilməsini təmin etməyə yönəlmiş əməlləri, yerli əhalinin tamamilə qovulduğu işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma məsələsi barədə məlumatlandırırdı. 

Ermənistan insanları işğal edilmiş Azərbaycan ərazilərinə yalnız Ermənistandan deyil, həmçinin digər ölkələrdən, o cümlədən böyük erməni diasporasının yaşadığı və daxili qeyri-sabitliyə məruz qalmış Suriya və ya İraq kimi ölkələrindən köçürürdü. 

 ​Məskunlaşdırma bu ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə paralel aparılırdı. İşğal edilmiş ərazilərdə Azərbaycanın tarixi yerlərinin demək olar ki, bütün əsl toponimləri dəyişdirilmişdir.  

 ​Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti ilə beynəlxalq humanitar hüququ pozmuşdur. 

 ​ İşğal olunmuş ərazilərin tarixi və mədəni xüsusiyyətlərinin dəyişdirilməsi, bu əraziləri Azərbaycan və azərbaycanlılarla əlaqələndirən hər şeyin silinməsi, orada erməni əhalisinin süni şəkildə artırılması və Ermənistan tərəfindən həyata keçirilmiş çox saylı digər qanunsuz əməllər işğal olunmuş ərazilərin məhz ilhaq edilməsi məqsədi ilə törədilmişdir. 

Ermənistan müharibə yolu ilə Azərbaycanatorpaqlarını işğal etməklə, eləcə də kütləvi etnik təmizləmənin həyata keçirilməsi və münaqişə dövründə digər ağır cinayətlərin törədilməsinə görəbeynalxalq hüquq qarşısında məsuliyyət daşıyır.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri.

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər