Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 28.35 sent/ha təşkil edir.
Pambıq əkini aparılmış 16 rayondan 7-də – Ağcabədi, Beyləqan, Bərdə, Saatlı, Tərtər, Yevlax və Zərdabda orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.
Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.
Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır