Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə “Gender bərabərliyi və idarəetmə” mövzusunda ikigünlük təlimlərə start verilib. 
“Aİ gender bərabərliyi naminə: islahat üzrə yardım xidməti” layihəsi çərçivəsində təşkil edilən təlimlər yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri üçün nəzərdə tutulub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ölkəmizdə 2006-cı ildə “Gender (kişi, qadın) bərabərliyinin təminatları haqqında” Qanun qəbul olunduqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il Milli Məclis qarşısında hesabat verilir. Sədr müavininin sözlərinə görə, ölkədə gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün müəyyən komitələrə, nazirliklərə və bir sıra şirkətlərə müraciət olunur. Artıq müəyyən dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib. S. Qəhrəmanova məişət zorakılığının qarşısının alınmasında və ailələrdə gender münasibətlərinin formalaşmasında, eyni zamanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, iki gün davam edəcək təlimlər gələcəkdə gender məsələləri ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədi daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini gender bərabərliyinin təmin olunması istiqamətində regionlarda da müəyyən işlərin aparıldığını diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova gender bərabərliyinin təmin olunmasının vacib məsələ kimi qarşıya qoyulduğunu vurğulayıb. Bildirib ki, məqsəd mövcud şəraitdən hər iki cinsin nümayəndəsinin bərabər yararlanmasının təmin edilməsidir. 
Təlimçi, “Regional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl “Gender bərabərliyi konsepsiyası və çərçivəsi”, “Gender bərabərsizliyinin səbəbləri və nəticələri”, “Gender indikatorları və yoxlama alətləri” və digər mövzularda iştirakçıları məlumatlandırıb. 
Təlimlər sual-cavab və müzakirələrlə davam edib. 
Qeyd edək ki, “Aİ gender bərabərliyi naminə: islahat üzrə yardım xidməti” layihəsi regional layihədir və Aİ və “Şərq tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələri əhatə edir.

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər