Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər sakini F.Mamedovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə M.Hüseynzadə və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Rəsmi məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.